PMD Projects MMC
Ana səhifə
/
/
/
Tikinti xərcləri üzrə baş nəzarətçi

Tikinti xərcləri üzrə baş nəzarətçi

12-03-2025

242

Təsvir

  • Layihə Büdcəsinin və Podrat təklifləri qiymətlərinin təhlili;
  • Müqavilə dəyərlərinin analizi zamanı dəyərləndirmə komandasına köməklik etmək;
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin təhlili;
  • Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
  • Podratçılar tərəfindən hazırlanmış maliyyə hesabatlarının yoxlanılması;
  • Ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
  • Layihələrin maliyyə axınlarının hazırlanaraq tələb olunan müddət ərzində və aralıqda təqdim edilməsi;
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrasına dəstək olmaq;
  • Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
  • Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;
  • Büdcələrin Maliyyə planlarının qaydalarına uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;
  • Layihə büdcələrinə nəzarət etmək, elektron platformalarda (1C, Aconex) xərclərin düzgünlüyünü və uyğunluğunu təmin etmək, iş strukturu bölmələrinin düzgün olmasını təmin etmək;
  • Layihə ilə bağlı dəyişikliklər yarandıqda BoQ Dəyişiklik tarixçəsi cədvəllərinin hazırlanması, təhlil olunması və hesabat verilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan vəzifə təlimatına və öhdəliklərinə uyğun digər oxşar işlərin yerinə yetirilməsi;
  • Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.

Tələblər

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis. İngilis dili – yaxşı;
  • Kompüter bilikləri – MS Office, AutoCad.

Vakansiya haqqında

Son tarix

April 21, 2025

Paylaşılıb

mart 12, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak