Bu vəzifə mühasibat uçotu və idarəetmə hesabatlığını əhatə edir. İdeal namizəd etibarlı, analitik düşüncəli olmalı və strukturlaşdırılmış maliyyə mühitində həm müstəqil, həm də komanda şəklində effektiv işləyə bilməlidir. Namizəd PASHA Real Estate Group çərçivəsində yaşayış mənzillərinin satışı üzrə layihələrdən birinə cavabdeh olacaqdır.
- Mühasibat uçotu funksiyası: Gündəlik əməliyyatların uçotunun aparılması və bütün maliyyə əməliyyatları üzrə dəqiq və aktual qeydlərin saxlanılması. Ay sonu mühasibatlıq prosedurlarının icrası, o cümlədən uzlaşmaların (reconciliation) və mühasibat yazılışlarının (journal entries) hazırlanması. Yerli mühasibat prinsiplərinə və maliyyə hesabatı standartlarına uyğun olaraq maliyyə əməliyyatlarının təsnifləşdirilməsi və ümumiləşdirilməsi prosesində hesabatlıq komandasına dəstək göstərilməsi.
- Daxili hesabatlıq: Daxili maraqlı tərəflər üçün vaxtında və dəqiq aylıq idarəetmə hesabatlarının hazırlanması və təqdim edilməsi. Daxili qərarların qəbulunda istifadə olunan maliyyə məlumatlarının ardıcıllığının və etibarlılığının təmin edilməsi. Dövri təqdimatların və icmal maliyyə panellərinin (dashboard) hazırlanmasında iştirak.
- Büdcələşdirmə və maliyyə nəzarəti: Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq şəraitində illik büdcə və proqnozlaşdırma prosesinə dəstək göstərilməsi. Faktiki nəticələrlə büdcə/proqnozlar arasında kənarlaşmaların təhlili və əsas səbəblər üzrə aydın izahatların verilməsi. Xərclərin büdcəyə uyğunluğunun monitorinqi və kənarlaşmalar üzrə izləmə aparılması.