Rolun təsviri:
Tətbiqi Süni İntellekt Mühəndisi əsasən tikinti, satınalma və hüquq funksiyaları üzrə biznes əməliyyatlarını təkmilləşdirən praktik AI əsaslı həllərin dizaynı və tətbiqinə cavabdeh olacaq. Bu rol böyük dil modellərindən (LLM) istifadə etməklə strukturlaşdırılmamış məlumatlardan (müqavilələr, tender sənədləri, BOQ-lar, hesabatlar və s.) məlumat çıxaran və emal edən AI köməkçilərinin (“agentlərin”) qurulmasına yönəlib.
Biznes və texnologiyanın kəsişməsində fəaliyyət göstərən mühəndis sənəd analizi alətləri, biliklərin əldə edilməsi sistemləri və qərar dəstəyi köməkçiləri daxil olmaqla uçdan-uca AI tətbiqləri hazırlayacaq. Bu rol güclü praktik yanaşma, sürətli prototipləşdirmə və real dünya, parçalanmış məlumat mühitlərində effektiv işləmə bacarığı tələb edir.
Əsas öhdəliklər:
- Hüquq, satınalma və tikinti kimi biznes funksiyalarını dəstəkləyən AI əsaslı köməkçilərin (“agentlərin”) dizaynı, hazırlanması və tətbiqi
- Xarici API-lərdən (məsələn, OpenAI, Anthropic) istifadə edərək LLM əsaslı tətbiqlərin qurulması və saxlanması, miqyaslana bilmə və etibarlılığın təmin edilməsi
- Dəqiq və kontekst yönümlü sənəd analizi üçün Retrieval-Augmented Generation (RAG) pipeline-larının hazırlanması və optimallaşdırılması
- Müqavilələr, PDF-lər, Excel faylları və e-poçtlar daxil olmaqla strukturlaşdırılmamış məlumatlardan məlumatların emalı, strukturlaşdırılması və insight-ların çıxarılması
- Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək yüksək təsirli istifadə halların müəyyənləşdirilməsi və onların praktik AI həllərinə çevrilməsi
- AI alətlərinin sürətli prototipləşdirilməsi və qısa inkişaf dövrlərində işlək həllərin təqdim edilməsi
- Hallüsinasiyaların azaldılması və dəqiqlik və ardıcıllığın artırılması ilə AI nəticələrinin keyfiyyətinin davamlı təkmilləşdirilməsi
- Data engineering komandaları ilə əməkdaşlıq edərək AI həllərinin daxili data pipeline-lar və sistemlərlə inteqrasiyası
- Hazırlanan AI tətbiqlərinin düzgün sənədləşdirilməsi, davamlılığı və miqyaslana bilməsinin təmin edilməsi
- AI alətlərinin performansının və istifadəsinin monitorinqi, istifadəçi rəylərinin nəzərə alınaraq təkmilləşdirilmələrin aparılması
- LLM və AI alətlərindəki yenilikləri izləmək və uyğun innovasiyaları biznes istifadə hallarına tətbiq etmək
- Təşkilat daxilində AI inkişafı üçün best practice-lərin, standartların və idarəetmə prinsiplərinin formalaşdırılmasına töhfə vermək