PASHA Real Estate Group

Elektrik Dizayn Mühəndisi

Dünən

70

Təsvir

  • Elektrik layihələndirməsi üzrə məsləhətçi tenderlərini idarə etmək, RFP-lər üçün detallı İş Həcmi (Scope of Work) sənədlərini hazırlamaq.
  • Dizaynın İnkişafı mərhələsində elektrik layihələndirmə məsləhətçilərinin fəaliyyətinə nəzarət və koordinasiya etmək, layihə həcmi, texniki tələblər və vaxt qrafiki ilə uyğunluğu təmin etmək.
  • Enerji paylanması sxemləri, işıqlandırma və fövqəladə işıqlandırma planları, torpaqlama və ildırımdan mühafizə sistemləri daxil olmaqla elektrik layihə sənədlərini nəzərdən keçirmək və layihə standartlarına uyğunluğunu təmin etmək.
  • Elektrik hesablamalarını texniki baxımdan qiymətləndirmək və rəy vermək.
  • Məsləhətçilər və podratçılar tərəfindən təqdim olunan RFI-lərə (Məlumat Sorğuları) vaxtında və texniki cəhətdən düzgün cavablar vermək.
  • Dəyər mühəndisliyi və büdcə uyğunlaşdırılması proseslərində Kommersiya Komandasına texniki dəstək göstərmək, qənaətli sistem həllərinə fokuslanmaq.
  • Podratçılar tərəfindən təqdim olunan elektrik shop drawing-lərini və koordinasiya sxemlərini nəzərdən keçirmək, dizayn konsepsiyası və digər ixtisaslarla uyğunluğu təmin etmək.
  • Material submittallarının və metod bəyanatlarının layihə spesifikasiyalarına və sənaye standartlarına uyğunluğunu təmin etmək məqsədilə Keyfiyyətə Təminat komandası ilə əməkdaşlıq etmək.
  • Dizayn iclaslarında aktiv iştirak etmək, elektrik sistemləri və onların inteqrasiyası üzrə əsaslandırılmış texniki qərarların qəbulunu dəstəkləmək.
  • Elektrik sistemlərinin ümumi bina dizaynına problemsiz inteqrasiyasını təmin etmək üçün MEP, memarlıq və konstruktiv komandalarla sıx koordinasiya aparmaq.
  • Bütün elektrik layihələrinin müvafiq yerli və beynəlxalq norma, qayda və davamlılıq standartlarına uyğunluğunu təmin etmək.

Tələblər

  • Elektrik Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Qonaqpərvərlik, yaşayış və F&B layihələrində, pre-konstruksiya mərhələsindən təhvil-təslimə qədər bütün mərhələləri əhatə edən elektrik layihələndirmə üzrə minimum 5+ il iş təcrübəsi.
  • Müştəri / developer tərəfində iş təcrübəsi üstünlükdür.
  • MEP koordinasiyası, layihə sənədləşməsi prosesləri və layihənin həyat dövrü üzrə güclü bilik.
  • AutoCAD, Revit MEP və Dialux, ETAP və ya Ecodial kimi elektrik layihələndirmə / hesablama proqramlarında yüksək səviyyədə istifadə bacarığı mühüm üstünlükdür.
  • Elektrik avadanlıqları, idarəetmə sistemləri, PLC/HMI tətbiqləri və sənaye avtomatlaşdırılması prinsipləri üzrə dərin texniki bilik.
  • Enerji səmərəliliyi strategiyaları və elektrik sistemlərinin Bina İdarəetmə Sistemləri (BMS) ilə inteqrasiyası üzrə bilik.
  • Çoxşaxəli komandalarla işləmək və sürətli layihə mühitində məsləhətçiləri idarə etmək bacarığı.
  • Güclü planlaşdırma və təşkilatçılıq bacarıqları; çoxsaylı tapşırıqları və son tarixləri proaktiv şəkildə idarə etmək qabiliyyəti.
  • İngilis dilində sərbəst yazılı və şifahi bilik.
  • Zərurət yarandıqda yerli və beynəlxalq ezamiyyətlərə açıq olmaq.
  • Özünü motivasiya edən, həll yönümlü və mürəkkəb, yüksək keyfiyyətli layihələrə töhfə verməyə həvəsli olmaq.

Vakansiya haqqında

Son tarix

June 14, 2026

Paylaşılıb

may 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak