PASHA Real Estate Group

Maliyyə Direktoru

Bu gün

34

Təsvir

Əsas vəzifələr:


  • Qrup üzrə Maliyyə və İdarəetmə Hesabatlılığı: Azərbaycan, Özbəkistan və Türkiyə üzrə əməliyyatları əhatə edən aylıq idarəetmə hesabatlarının (Mənfəət və Zərər Hesabatı, Balans Hesabatı və Pul Vəsaitlərinin Hərəkəti Hesabatı) hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə rəhbərlik etmək, qrup üzrə vahid idarəetmə hesabatlılığı standartlarının tətbiqini təmin etmək.
  • BMHS (IFRS) Hesabatlılığı və Qrup Konsolidasiyası: Qrupa daxil olan müvafiq şirkətlərdə BMHS tələblərinə tam uyğunluğu təmin etmək, konsolidasiya olunmuş BMHS maliyyə hesabatlarının hazırlanmasına, texniki uçot yanaşmalarına və qrup səviyyəsində xarici auditorlarla koordinasiyaya rəhbərlik etmək.
  • Büdcələmə və Proqnozlaşdırma: İllik büdcə hazırlanması və dövri maliyyə proqnozlaşdırılması proseslərinə rəhbərlik etmək, biznes bölmələri və ölkə maliyyə rəhbərləri tərəfindən təqdim olunan əsas fərziyyələri qiymətləndirmək və təsdiqləmək.
  • Vergi və Mühasibat Uçotuna Nəzarət: Qrup üzrə vergi uyğunluğu, vergi planlaşdırılması, transfer qiymətqoyması və mühasibat uçotu proseslərinə ümumi rəhbərlik etmək, Vergi və Mühasibatlıq Meneceri ilə sıx əməkdaşlıq edərək qanunvericiliyin və qrupun vergi strategiyasının tələblərinə uyğunluğu təmin etmək.
  • Xəzinədarlığın İdarə Edilməsi: Azərbaycan, Özbəkistan və Türkiyə üzrə pul vəsaitlərinin və likvidliyin idarə edilməsi, banklarla münasibətlər, kapital strukturu, maliyyələşdirmə qərarları və valyuta risklərinin idarə olunmasını əhatə edən qrup xəzinədarlıq funksiyasına rəhbərlik etmək.
  • ERP Layihəsinə Rəhbərlik: Qrup üzrə ERP sisteminin tətbiqi layihəsində Maliyyə funksiyasının rəhbəri/sponsoru kimi çıxış etmək, maliyyə, hesabatlılıq, büdcələmə və vergi tələblərinin yeni sistemdə düzgün əks olunmasını, sınaqdan keçirilməsini və tətbiq edilməsini, həmçinin sistem istifadəyə verilərkən maliyyə funksiyasının tam hazır olmasını təmin etmək.
  • Beynəlxalq Maliyyə Funksiyalarına Nəzarət – ABŞ, Özbəkistan və Türkiyə: ABŞ, Özbəkistan və Türkiyə üzrə maliyyə funksiyalarına nəzarəti həyata keçirmək, yerli qanunvericiliyə və vergi tələblərinə uyğunluğu, eləcə də yerli hesabatlılığın qrup siyasət və standartlarına uyğun hazırlanmasını təmin etmək.
  • Komandanın İdarə Edilməsi və Korporativ İdarəetmə: Maliyyə komandasına rəhbərlik etmək, əməkdaşların inkişafını təmin etmək, aydın məqsədlər müəyyənləşdirmək, varislik planlamasını həyata keçirmək və qrupun maliyyə funksiyalarında komandanın peşəkar potensialını inkişaf etdirmək.
  • Daxili Nəzarət və Risklərin İdarə Edilməsi: Qrup üzrə effektiv daxili maliyyə nəzarət sistemini formalaşdırmaq və davamlılığını təmin etmək, maliyyə və əməliyyat risklərini vaxtında müəyyənləşdirmək və onların azaldılması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək.
  • Biznes Tərəfdaşlığı və Ad-hoc Hesabatlılıq: CFO və qrup rəhbərliyi üçün strateji maliyyə tərəfdaşı kimi çıxış etmək, strateji qərarların qəbulunu dəstəkləmək məqsədilə əlavə maliyyə təhlilləri, Direktorlar Şurası üçün materiallar və idarəetmə hesabatlarını hazırlamaq və nəzərdən keçirmək.

Tələblər

Təhsil

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • MBA, ACCA, CFA və ya ekvivalent peşəkar kvalifikasiya üstünlük hesab olunur.

Peşəkar bilik və bacarıqlar

  • BMHS (IFRS) və qrup konsolidasiyası üzrə güclü texniki biliklər.
  • Vergi qanunvericiliyi, xəzinədarlığın idarə olunması və korporativ maliyyə sahəsində dərin biliklər.
  • ERP sistemlərinin tətbiqi üzrə təcrübə (SAP, Oracle, Microsoft Dynamics və ya analoji sistemlər) üstünlükdür.
  • ACCA, CFA, CIMA və ya ekvivalent peşəkar sertifikatların olması üstünlük hesab olunur.

İş təcrübəsi

  • Maliyyə sahəsində minimum 10 il peşəkar təcrübə.
  • Ən azı 3–5 il Maliyyə Direktoru, Qrup Maliyyə Nəzarətçisi, Maliyyə Departamentinin Rəhbəri və ya oxşar rəhbər vəzifədə iş təcrübəsi.
  • Bir neçə ölkəni əhatə edən maliyyə funksiyalarının idarə olunması üzrə təcrübə üstünlükdür.
  • Daşınmaz əmlak, tikinti və ya holdinq strukturlarında iş təcrübəsi üstünlük hesab olunur.
  • Big4 şirkətlərində iş təcrübəsinin olması əlavə üstünlükdür.

Dil və kompüter bilikləri

  • Microsoft Office proqramlarını, xüsusilə MS Excel proqramını yüksək səviyyədə bilmək.
  • İngilis dilini sərbəst bilmək.
  • ERP sistemləri (SAP, Oracle, Microsoft Dynamics və ya analoji sistemlər) ilə işləmək bacarığı üstünlükdür.

Xüsusi tələblər

  • Maliyyə nəzarəti və korporativ idarəetmə məqsədilə Özbəkistan və Türkiyəyə mütəmadi ezamiyyətlərə hazır olmaq.
  • Maraqlı tərəflərlə effektiv əməkdaşlıq, liderlik və multikultural mühitdə güclü ünsiyyət bacarıqları.
  • Yüksək peşə etikası və dürüstlük prinsiplərinə sadiqlik.


Vakansiya haqqında

Son tarix

August 7, 2026

Paylaşılıb

iyul 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak