Layihə üzrə bütün mexaniki QA/QC fəaliyyətləri üçün əsas əlaqələndirici şəxs qismində çıxış etmək və bütün mexaniki sistemlərin və quraşdırmaların tələb olunan keyfiyyət standartlarına və spesifikasiyalara uyğunluğunu təmin etmək.
Podratçılar tərəfindən icra olunan mexaniki işləri izləmək və yoxlamaq, təsdiqlənmiş shop drawing-lərə, metod bəyanatlarına və layihə spesifikasiyalarına uyğunluğu təmin etmək.
Mexaniki yoxlama və sınaq planlarını (ITP), material submittallarını və keyfiyyətlə bağlı sənədləri nəzərdən keçirmək və təsdiqləmək.
HVAC, santexnika və yanğından mühafizə sistemləri daxil olmaqla mexaniki sistemlər üzrə mütəmadi sahə yoxlamaları aparmaq və sınaqlarda iştirak etmək (witness).
Keyfiyyət məsələlərinin və uyğunsuzluqların həlli məqsədilə tikinti, dizayn və istismara vermə komandaları ilə sıx əməkdaşlıq etmək.
Daxili keyfiyyət qeydləri və müştəriyə təqdimat üçün QA/QC hesabatlarını və sənədlərini hazırlamaq.
Keyfiyyət tələblərinin tikinti və təhvil mərhələlərinə problemsiz inteqrasiyasını təmin etmək üçün layihənin HSE və istismara vermə komandalarına dəstək vermək.
QA/QC üzrə mexaniki rəylərin verilməsi məqsədilə layihənin irəliləyiş və koordinasiya iclaslarında iştirak etmək.
Üçüncü tərəf sınaq laboratoriyaları ilə koordinasiya etmək, mexaniki sınaqların düzgün icrasını və sənədləşməsini təmin etmək.
PMC-lər (Layihə İdarəetmə Şirkətləri), podratçılar, məsləhətçilər və digər maraqlı tərəflərlə keçirilən irəliləyiş iclaslarında iştirak etmək.
Layihə Direktoru / Layihə Menecerinə hesabat vermək.
Tələblər
Namizəd tanınmış universitetdən Mexaniki Mühəndislik üzrə bakalavr dərəcəsinə malik olmalı və böyükmiqyaslı tikinti layihələrində, xüsusilə mehmanxana, qonaqpərvərlik və ya qarışıq təyinatlı layihələrdə mexaniki keyfiyyətə nəzarət rollarında minimum 7 il peşəkar təcrübəyə sahib olmalıdır. HVAC sistemləri, santexnika şəbəkələri və yanğından mühafizə qurğuları üzrə möhkəm bilik mütləqdir.
Namizədlər mexaniki işlərlə bağlı texniki submittalların, yoxlama və sınaq planlarının (ITP), metod bəyanatlarının və material təsdiqlərinin nəzərdən keçirilməsi üzrə bacarıq nümayiş etdirməlidirlər. ASHRAE, NFPA, SMACNA və ISO 9001 kimi beynəlxalq standartlarla yanaşı yerli tikinti norma və qaydaları üzrə bilik tələb olunur.
Vəzifə güclü kommunikasiya və koordinasiya bacarıqları tələb edir; xüsusilə məsləhətçilər, podratçılar, üçüncü tərəf laboratoriyaları və daxili layihə komandaları ilə effektiv qarşılıqlı əlaqə qurmaq qabiliyyəti vacibdir. Sahə yoxlamaları, sınaqlarda iştirak (witnessing) və təhvil sənədləri üzrə təcrübə mütləqdir.
QA/QC və ya müvafiq mexaniki sistemlər üzrə peşəkar sertifikatlar (məsələn, ISO 9001 Baş Auditoru, ASME təlimləri və ya istismara vermə sertifikatları) mühüm üstünlük hesab olunur.
İngilis dilində sərbəst yazılı və şifahi bilik məcburidir. Əlavə dillərin biliyi və beynəlxalq, çoxmədəniyyətli layihə mühitində əvvəlki təcrübə üstünlükdür.
Mexaniki sistemlərin layihələndirilməsi, quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi üzrə möhkəm baza bilikləri tələb olunur. Namizəd aşağıdakı sahələr üzrə dərin texniki bilik nümayiş etdirməlidir:
HVAC sistemləri: mərkəzi soyutma stansiyaları, VRF/VRV sistemləri, hava emalı qurğuları (AHU), fan-coil qurğuları, hava kanalları və soyudulmuş su paylanma sistemləri
Santexnika sistemləri: isti və soyuq su paylanması, drenaj, kanalizasiya və sanitariya sistemləri
Yanğından mühafizə sistemləri: yaş və quru riserlər, sprinkler şəbəkələri, yanğın nasosları və qazla söndürmə sistemləri
Bina İdarəetmə Sistemləri (BMS) və onların mexaniki sistemlərlə inteqrasiyası
Enerji səmərəliliyi və davamlılıq tədbirləri: istilik bərpası, istilik izolyasiyası və tələbat əsasında idarə olunan ventilyasiya (DCV)