PASHA Real Estate Group

Planlama Mühəndisi

Bu gün

21

Təsvir

  • Sahə və texniki komandalarla koordinasiyada, aparıcı/senior planlama mühəndisinin rəhbərliyi altında layihə qrafiklərini hazırlamaq və yeniləmək
  • Təsdiqlənmiş baza (baseline) qrafiklə müqayisədə işlərin gedişatını izləmək, fərqləri (variansları) müəyyən etmək və düzəldici tədbirlər üçün məlumat vermək
  • Həftəlik və aylıq irəliləyiş hesabatlarının hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və aydın təqdimatını təmin etmək
  • Sahə üzrə irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və ümumiləşdirmək: həcmlər, işçi saatları, avadanlıq istifadəsi və məhsuldarlıq göstəriciləri
  • Gecikmə risklərini və kritik yol (critical path) təsirlərini müəyyən etmək və onları rəhbər planlama heyətinə çatdırmaq
  • Günlük/həftəlik icra üçün look-ahead (qısa müddətli) planların hazırlanmasında iştirak etmək
  • Xərc nəzarəti, satınalma və texniki komandalarla koordinasiya edərək, irəliləyiş məlumatlarının material mövcudluğu, resurs planları və büdcə ilə uyğunluğunu təmin etmək
  • Fiziki və qazanılmış (earned) irəliləyişin düzgün izlənməsi üçün ölçmə sistemlərini yeniləmək və dəqiqliyini təmin etmək
  • Resurs histogramları, işçi qüvvəsi (manpower) qrafikləri və əsas məhsuldarlıq hesabatlarını hazırlamaq
  • Planlama ilə bağlı bütün sənədlərin, qrafiklərin, jurnalların və yazışmaların düzgün arxivləşdirilməsini və təşkilini təmin etmək
  • Daxili planlama şablonlarının, hesabat alətlərinin və məlumat toplama proseslərinin təkmilləşdirilməsinə dəstək vermək

Tələblər

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil:

  • İnşaat mühəndisliyi, Tikinti idarəetməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi

Xüsusi ixtisas sahələri:

  • Layihə planlaşdırılması (project scheduling)
  • İşlərin irəliləyişinin izlənməsi (progress tracking)
  • Resursların idarə olunması (resource management)
  • Planlama və təhlil (planning analysis)

İş təcrübəsi:

  • Tikinti layihələrində layihə planlaması üzrə 3–5 il iş təcrübəsi
  • Böyükmiqyaslı layihələrdə təcrübə üstünlükdür

Dil və kompüter bilikləri:

  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq
  • Primavera P6 və/və ya MS Project proqramlarında yüksək səviyyə
  • MS Excel və hesabat alətləri üzrə yaxşı bilik

XÜSUSİ TƏLƏBLƏR

  • Analitik düşüncə və detallara yüksək diqqət
  • Tikinti çertyojlarını oxuma və onları iş qrafiklərinə çevirmə bacarığı
  • Güclü ünsiyyət və şöbələrarası koordinasiya bacarıqları
  • Sənədləşmə və hesabatlarda dəqiqlik və intizam
  • Müstəqil və eyni zamanda komanda daxilində işləmək bacarığı
  • Şirkət standartlarına, təhlükəsizlik qaydalarına və məxfilik tələblərinə riayət etmək

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

may 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak