Funksiya: Maliyyə
Departament: Audit və Daxili Nəzarət Departamenti
Şöbə/Bölmə: Keyfiyyət Təminatı (QA) və Keyfiyyət Nəzarəti (QC)
Vəzifə: QA/QC üzrə Baş mühəndis
Tabeçilik: Audit və Daxili Nəzarət Departamentinin Direktoruna
Vəzifənin qısa təsviri: Qrup daxilində həyata keçirilən tikinti layihələrində və Qrup tərəfindən idarə olunan Əməliyyat Şirkətlərində həyata keçirilən Keyfiyyət Təminatı (QA) və Keyfiyyət Nəzarəti (QC) fəaliyyətlərinin auditini aparmaq, nəzarət mexanizmlərini həyata keçirmək, həmin fəaliyyətlərin qanunvericiliyə, beynəlxalq standartlara və Qrupun daxili prosedurlarına uyğunluğunu qiymətləndirmək, keyfiyyətlə bağlı riskləri müəyyən etmək və onların azaldılmasına töhfə verməkdir.
Əsas vəzifə öhdəlikləri:
- Qrupda və Qrupun Əməliyyat Şirkətlərində mövcud olan Keyfiyyət Təminatı (QA) sistemlərinin mövcudluğunu, strukturunu və effektivliyini audit etmək.
- QA çərçivəsində proseslərin sənədləşdirilməsini, prosedurların yazılı və faktiki tətbiq olunmasını, risklərin müəyyən edilməsi və idarə edilməsini qiymətləndirmək.
- QA/QC üzrə nəzərə alınmalı prosedur və qaydaların standartlara uyğunluğunu artırmaq üçün tövsiyyələrin verilməsi.
- Daxili nəzarət və təminat mexanizmlərinin mövcudluğunun qanunvericilik çərçivəsinə uyğunluğunu təhlil etmək və tövsiyyələr vermək.
- (QC) prosesləri çərçivəsində məhsul və ya xidmətlərin yoxlanılması, nəticələrin düzgünlüyü və obyektivliyini qiymətləndirmək.
- Uyğunsuzluqların vaxtında aşkarlanması, kök səbəblərin müəyyən edilməsi və düzəldici tədbirlərin effektivliyini yoxlamaq.
- QA və QC üzrə hüquqi, tənzimləyici və Qrup daxili tələblərə uyğunluq səviyyəsini qiymətləndirmək.
- Audit nəticələrinə əsasən tövsiyələr hazırlamaq, düzəldici və qabaqlayıcı tədbirlərin icrasını izləmək.
- Qrupda və Əməliyyat Şirkətlərində keyfiyyət üzrə daimi monitorinq və daxili nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak etmək.
- QA/QC auditləri üzrə hesabatlar, analitik rəylər və rəhbərlik üçün təqdimatlar hazırlamaq.
- Qrup səviyyəsində keyfiyyət risklərinin azaldılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək.
- Record and manage NCRs, CAPAs, and site quality logs.
- Daxili qaydalarına, proseslərinə, siyəsətlərinə, təlimatlarına ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Şirkətin əməliyyat risklərin idarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosessində yaranan risk faktorların vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.
- Şirkət tərıfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən illik hədəflərinə çatmaq
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.