PASHA Real Estate Group
Ana səhifə
/
/
/
İR Əməliyyatları üzrə Baş Mütəxəssis

İR Əməliyyatları üzrə Baş Mütəxəssis

Bu gün

12

Təsvir

  • İR əməliyyatlarının bütün mərhələlərini idarə etmək, proseslərin səmərəliliyini, uyğunluğunu və dəqiqliyini təmin etmək.
  • İşçi məlumatlarının SAP, SuccessFactors (SF) sistemi, daxili işçi qeydləri, sənədlər, əmək kitabçaları və ƏMAS portalında düzgün və ardıcıl əks olunmasını təmin etmək.
  • İşçilərin bütün növ məzuniyyətlərinin dəqiq uçotunu aparmaq və müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
  • Əməkhaqqı hesablanması və ödənişlərin düzgünlüyü, vaxtında həyata keçirilməsi və qanunvericiliyə uyğunluğunun təmin edilməsində dəstək göstərmək.
  • Tibbi sığorta prosesinin tam idarə olunmasını həyata keçirmək, işçilərin düzgün sığorta təminatını və proseslərin uyğunluğunu təmin etmək.
  • Daxili və xarici tərəfdaşların sorğularına əsasən işçilərlə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.
  • Daxili və xarici audit proseslərinin koordinasiya edilməsi, məlumatların təhlilinin aparılması, uyğunluq yoxlamalarının həyata keçirilməsi, eləcə də audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların vaxtında aradan qaldırılmasını təmin etmək.
  • İşçilərin İR əməliyyatları ilə bağlı müraciətlərini cavablandırmaq və operativ dəstək göstərmək.

Tələblər

  • İnsan resursları, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • İR əməliyyatları və əməkhaqqı hesablanması sahəsində minimum 3 il iş təcrübəsi.
  • Əmək qanunvericiliyi üzrə güclü biliklər və praktik iş təcrübəsi.
  • Əməkhaqqı hesablamalarında və İR sənədləşməsində yüksək diqqətlilik və dəqiqlik.
  • Güclü ünsiyyət, vaxtın idarə olunması, prioritetləşdirmə və müstəqil işləmə bacarıqları.
  • Rəhbər şəxslər, həmkarlar və xarici tərəfdaşlarla peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı, yüksək yazılı və şifahi kommunikasiya qabiliyyəti.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • SAP və SuccessFactors (SF) sistemləri üzrə biliklərə üstünlük verilir.


Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

iyun 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə