PASHA Real Estate Group

Baş Satış Meneceri

Bu gün

7

Təsvir

Kommersiya komandamıza qoşulacaq təcrübəli Baş Satış Meneceri axtarırıq. Bu vəzifə yaşayış təyinatlı əmlakların satışının artırılmasına, yüksək dəyərli müştərilər və biznes tərəfdaşları ilə güclü əlaqələrin qurulmasına, yeni satış imkanlarının yaradılmasına və PASHA Real Estate-in yaşayış məhsullarının və həyat tərzi təkliflərinin effektiv şəkildə təqdim edilməsinə yönələcək.


Əsas vəzifələr:


  • Yaşayış təyinatlı əmlakların satışı üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək, müştəri sorğularını idarə etmək və məhsulları potensial alıcılara təqdim etmək.
  • Yüksək dəyərli müştərilər, daşınmaz əmlak agentlikləri, biznes tərəfdaşları və digər maraqlı tərəflərlə strateji əlaqələr qurmaq və inkişaf etdirmək.
  • Şəbəkələşmə vasitəsilə kvalifikasiyalı potensial müştərilər (lead) cəlb etmək və agentlər, vasitəçilər və tərəfdaşlardan ibarət güclü şəbəkə formalaşdırmaq.
  • Müəyyən edilmiş satış hədəflərinə nail olmaq və lead-in əldə edilməsindən sövdələşmənin bağlanmasına qədər bütün satış prosesini idarə etmək.
  • CRM vasitəsilə müştəri əlaqələrini idarə etmək və satış prosesi boyunca yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək.
  • PASHA Development-in geniş məhsul və həyat tərzi təkliflərini müştərilərə təqdim etmək, əlavə satışlar həyata keçirmək və paket təklifləri formalaşdırmaq.
  • Satışdan sonra müştərilərlə əlaqələri davam etdirmək, müştəri məmnuniyyətini, təkrar satışları və tövsiyə yolu ilə yeni müştərilərin cəlb olunmasını təmin etmək.
  • Satış fəaliyyətini dəstəkləmək və müştəri ehtiyaclarını qarşılamaq üçün Marketinq və digər daxili komandalarla sıx əməkdaşlıq etmək.
  • Daşınmaz əmlak sərgiləri, konfranslar və digər müvafiq sahə tədbirlərində iştirak etmək.
  • Bazar və rəqib araşdırmaları aparmaq, əldə edilmiş məlumatları rəhbərliklə bölüşmək.
  • Müştəri fəaliyyəti, satış nəticələri, bazar imkanları və rəqiblərin fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq.

Tələblər

  • Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Premium məhsulların satışında 4–6 il uğurlu iş təcrübəsi.
  • Daşınmaz əmlak sahəsi üzrə güclü bilik; beynəlxalq daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür.
  • UHNWİ və yüksək dəyərli müştərilərlə sürətli etimad qurmaq və uzunmüddətli münasibətlər formalaşdırmaq bacarığı.
  • Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilmək.
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
  • Beynəlxalq təcrübə və geniş səyahət təcrübəsi; lüks brendlərlə iş və ya təmas təcrübəsi üstünlükdür.
  • Yüksək bazar və rəqib məlumatlılığı, sürətli öyrənmə və dəyişən mühitə uyğunlaşma bacarığı.
  • Güclü ünsiyyət, danışıqlar aparmaq və münasibətlər qurmaq bacarıqları.
  • Güclü nəticəyönümlülük və hədəflər əsasında işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

October 8, 2026

Paylaşılıb

sentyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak