TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil:
- Tikinti, mühəndislik (inşaat) və ya əlaqəli sahə üzrə texniki təhsilə üstünlük verilir.
Xüsusi ixtisaslaşma sahələri:
- Beton tökmənin idarə edilməsi, dəmir-beton işləri, hidroizolyasiya, infrastruktur işləri, svay (piling) işləri, konstruktiv çertyojların oxunması və sahədə keyfiyyətə nəzarət.
İş təcrübəsi:
- Beton və konstruktiv tikinti işləri sahəsində 5–7 il təcrübə.
Dil və kompüter proqramları bilikləri (Microsoft Office):
- Azərbaycan dili – səlis; əsas səviyyədə ingilis dili və hesabat hazırlamaq üçün əsas səviyyədə MS Office (Excel/Word) bilikləri üstünlükdür.
XÜSUSİ TƏLƏBLƏR:
- Güclü komanda və subpodratçı nəzarəti bacarıqları.
- Tikinti sahələrində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi (HSE) qaydalarını yaxşı səviyyədə başa düşmək.
- Çətin sahə şəraitində işləmək və layihənin qəti son tarixlərinə (deadlines) riayət etmək bacarığı.
- İntensiv tikinti sahəsi işləri üçün fiziki cəhətdən sağlam və dözümlü olmaq.