1C proqramında gündəlik məlumatların, malların və xidmətlərin alış-satış sənədlərinin, anbar əməliyyatlarının (mal qəbulu, mal buraxılışı, inventarizasiya və s.) və mühasibat sənədlərinin (faktura, mal qəbzi, ödəniş tapşırığı və s.) düzgün daxil edilməsi və emalı;
İlkin kağız və elektron sənədlərin uyğunluğunun yoxlanılması, sistemə işlənməsi, arxivləşdirilməsi və düzgün kateqoriyalarda saxlanılması;
Dövri mal qalığı, alış və maliyyə hesabatlarının hazırlanması, rəhbərliyə və aidiyyəti şəxslərə operativ təqdim edilməsi;
Daxil edilən məlumatların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi, inventarizasiya zamanı sistemlə real vəziyyətin uyğunlaşdırılması və zəruri düzəlişlərin edilməsi;
Sistemdə nasazlıqlar, uyğunsuzluqlar və yeni modul/formalarla bağlı müvafiq şöbələrə məlumat verilməsi, test prosesində iştirak edilməsi və geribildirim verilməsi;
Audit yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanması və yoxlama zamanı sistemdən məlumat çıxarılması və izahların verilməsi;
1C proqramının yenilənməsi, ehtiyat nüsxələrinin yaradılması, məlumat təhlükəsizliyinin və konfidensiallığının qorunması, giriş səlahiyyətlərinə nəzarət edilməsi;
1C əməliyyatlarının avtomatlaşdırılması, istifadənin optimallaşdırılması və modulların təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Ezam olunmuş filiallarda yuxarıdakı bütün əməliyyatların icrasını təmin etmək və yekun hesabatın rəhbərliyə təqdim edilməsi.
Tələblər
Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya informasiya texnologiyaları üzrə olması üstünlükdür);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
1C proqram təminatını yüksək səviyyədə bilmək;
MS Office (xüsusilə Excel və Word) proqramlarında sərbəst işləmək bacarığı;
Mühasibat uçotu və anbar əməliyyatları üzrə bilik və təcrübəyə malik olmaq;
Məlumatların məxfiliyinə və sistem təhlükəsizliyinə ciddi riayət etmək;
Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;