Prime Cotton
Ana səhifə
/
/
/
Anbar koordinasiyası üzrə nəzarətçi (Mingəçevir)

Anbar koordinasiyası üzrə nəzarətçi (Mingəçevir)

25-05-2025

674

Təsvir


  • Anbarın fəaliyyətində yüklərin qəbul edilməsi, yerləşdirilməsi və çıxarılması proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğun olaraq təşkilinə və icrasına ümumi nəzarəti həyata keçirmək;
  • Tabeliyində olan əməkdaşların gündəlik fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və onlara konkret vəzifə tapşırıqlarını vermək;
  • Yükləmə-boşaltma proseslərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər aidiyyəti normativ aktlara uyğun olaraq operativ və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək;
  • Məhsulların partiya, növ və keyfiyyət səviyyəsinə uyğun olaraq çeşidlənməsi və sistemləşdirilməsi proseslərinin düzgün icrasına nəzarət etmək;
  • Anbar əməliyyatlarının fasiləsiz və düzgün aparılmasını təşkil etmək, müvafiq daxili prosedurlara riayət olunmasını təmin etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətinin nəticələrini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə hesabat təqdim etmək;
  • Daşınan məhsullarda uyğunsuzluq və ya zədələnmə halları baş verdikdə, müvafiq aktlaşdırma prosesində iştirak etmək və müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək;
  • Xüsusi şərtlər tələb edən təhlükəli yüklərin aidiyyəti üzrə müəyyən edilmiş ərazilərə düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə nəzarət etmək;
  • İşçi heyətinin anbar daxilində daxili qaydalara, təlimatlara, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına riayət etməsini təmin etmək;
  • Gündəlik tapşırıqları hazırlamaq və əməkdaşlar arasında iş bölgüsünü optimal şəkildə həyata keçirmək.
  • Anbar fəaliyyətinə dair hesabatların düzgün və vaxtında aidiyyəti struktur bölmələrə təqdim olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarının tətbiqi və bu sahədə müvafiq tədbirlərin icrasına nəzarət etmək;
  • Müəssisənin daxili intizam qaydalarına əməkdaşların əməl etməsini təmin etmək və əmək intizamının qorunmasına nəzarət etmək;
  • Texniki avadanlıqlardan düzgün istifadə olunmasını təmin etmək, icazəsiz istifadənin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görmək;
  • Qablaşdırma materiallarında aşkar edilən zədələnmə və ya çatışmazlıq halları barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
  • Anbar sahəsində çalışan əməkdaşlara və anbardarlara konkret göstərişlər vermək, tapşırıqların vaxtında və düzgün icra olunmasına nəzarət etmək;
  • Fəaliyyət zamanı sağlamlıq və təhlükəsizlik standartlarına riayət edilməsinə nəzarət etmək, bu sahədə zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Anbar daxilində istifadə olunan texniki vasitələrin və cihazların düzgün istismar olunmasını təmin etmək və onların işlək vəziyyətdə saxlanmasına nəzarət etmək.

Tələblər

Təhsil:

  • Ali təhsil


İş təcrübəsi:

  • Anbar sahəsində minimum 1–2 il iş təcrübəsi


Biliklər:

  • Anbarda təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları üzrə biliklər;
  • Yükləmə-boşaltma işlərinin təşkili və aparılması qaydaları haqqında biliklər.


Fərdi keyfiyyətlər və bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Müxtəlif iş vəziyyətlərinə tez uyğunlaşmaq bacarığı (çeviklik);
  • Təşəbbüskarlıq və yeni ideyalar təklif etmək qabiliyyəti;
  • Məsuliyyətlilik;
  • Dürüstlük və etibarlılıq;
  • Problemlərin həllinə yaradıcı yanaşma.


Xarici dil bilikləri:

  • Rus və İngilis dili biliyi arzuolunandır


Kompüter bilikləri:

  • Microsoft Office proqramları üzrə iş bacarığı (Word, Excel, Outlook və s.);
  • 1C proqramında sərbəst işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

June 24, 2025

Paylaşılıb

may 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat