Anbarın fəaliyyətində yüklərin qəbul edilməsi, yerləşdirilməsi və çıxarılması proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğun təşkilinə və icrasına ümumi nəzarəti həyata keçirmək;
Tabeliyində olan əməkdaşların gündəlik fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və onlara konkret vəzifə tapşırıqları vermək;
Yükləmə-boşaltma proseslərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər aidiyyəti normativ aktlara uyğun olaraq operativ və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək;
Məhsulların partiya, növ və keyfiyyət səviyyəsinə uyğun çeşidlənməsi və sistemləşdirilməsi proseslərinin düzgün icrasına nəzarət etmək;
Anbar əməliyyatlarının fasiləsiz və düzgün aparılmasını təşkil etmək, daxili prosedurlara riayət olunmasını təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək, iş nəticələrini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə hesabat təqdim etmək;
Daşınan məhsullarda uyğunsuzluq və ya zədələnmə halları baş verdikdə aktlaşdırma prosesində iştirak etmək və müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək;
Təhlükəli və xüsusi şərt tələb edən yüklərin təhlükəsiz yerləşdirilməsinə və saxlanmasına nəzarət etmək;
İşçi heyətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət etməsini təmin etmək;
Gündəlik tapşırıqları hazırlamaq, əməkdaşlar arasında iş bölgüsünü optimal şəkildə təşkil etmək;
Anbar fəaliyyətinə dair gündəlik və aylıq hesabatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək;
Texniki avadanlıqların düzgün istismarını təmin etmək, nasazlıq və icazəsiz istifadə hallarının qarşısını almaq;
Qablaşdırma materiallarında və məhsullarda zədələnmə və çatışmazlıq halları barədə rəhbərliyi dərhal məlumatlandırmaq;
Fəaliyyət zamanı sağlamlıq və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək və müvafiq tədbirlər görmək.
Tələblər
Təhsil:
Ali təhsil (Logistika, İstehsalat təşkili, Menecment, Mühəndislik və ya Anbar təsərrüfatı ilə əlaqəli ixtisas üzrə).
İş təcrübəsi:
Anbar təsərrüfatı, logistika və ya istehsalat sahəsində minimum 3–4 il iş təcrübəsi.
Peşəkar biliklər:
Anbarda təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları üzrə biliklər;
Yükləmə-boşaltma və saxlama işlərinin təşkili prinsipləri haqqında məlumatlı olmaq;
Anbar uçotu, məhsul hərəkəti və inventarizasiya prosesləri üzrə biliklərə sahib olmaq.
Fərdi keyfiyyətlər və bacarıqlar:
Komandada işləmək və əməkdaşlığı koordinasiya etmək bacarığı;
Çevik düşüncə və müxtəlif iş vəziyyətlərinə tez uyğunlaşmaq qabiliyyəti;
Təşəbbüskarlıq, analitik düşüncə və yeni ideyalar təklif etmək bacarığı;
Məsuliyyətlilik, dürüstlük və etibarlılıq;
Problemlərin həllinə yaradıcı və sistemli yanaşma.
Xarici dil bilikləri:
Rus və İngilis dili bilikləri arzuolunandır.
Kompüter bilikləri:
Microsoft Office proqramlarında (Word, Excel, Outlook və s.) sərbəst işləmək bacarığı;