Prime Cotton

Anbardar

  • Prime Cotton
  • Qafqaz Business Center, AZ1029, 95 Heydər Əliyev Prospekti, Bakı 1029, Azerbaijan
  • Tam ştat

19-05-2025

336

Təsvir

  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbardan malları sifarişlər əsasında düzgün bölgüsünü aparmaq, sifarişçilər tərəfindən sifariş edilmiş malları ilkin olaraq anbar stokunda yoxlamaq, anbar stokunda malların olmasını tam əmin olduqdan sonra sifarişlər üzrə sifarişçiyə anbar modulu olan 1C proqramı vasitəsi ilə və ya rəhbərliyin xüsusi elektron məktubu (e-mail) əsasinda sifarişçiyə təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Əgər sifariş edilmiş mal anbar stokunda yoxdursa sifarişçinin sifarişini dərhal təhcizat şöbəsinə malın alnması üçün yönəltmək;
  • Anbara daxil olanan mal-materialın malla birlikdə göndərilən elektron qaimə və ya hesab fakturaya uyğun olaraq sayılmasında iştirak etmək;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq hesabatı rəhbərliyə təqdim etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak etmək.

Tələblər

Texniki biliklər:


Anbarda təhlükəsizlik qaydaları bilməlidir;

Anbarda avadanlıqların və materialların saxlanma qaydaları bilməlidir;

AR mülki hüququ, əmək, maliyyə, təsərrüfat qanunvericiliyinin əsaslarını bilməlidir;

Qaimə-faktura, təhvil-təslim barədə ümumi məlumatı olmalıdır;

Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilməlidir;

Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilməlidir;

Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməklidir.


Tələblər:


Təhsil: Ali və ya orta ixtisas;

Təcrübə: MÜvafiq sahə üzər 3 il;

Dil bilikləri: Səlis Azərbaycan dili, Rus dili arzu olunandır;

Kompüter bilikləri: Windows əməliyyat sistemi və MS Office proqramlarında sərbəst işləyə bilməlidir.

Vakansiya haqqında

Son tarix

June 18, 2025

Paylaşılıb

may 19, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat