Prime Cotton
Ana səhifə
/
/
/
Anbardar köməkçisi (Şirvan)

Anbardar köməkçisi (Şirvan)

10-03-2026

119

Təsvir

  • Əmtəə-maddi sərvətlərin anbara qəbulu, buraxılması və ehtiyac olduqda geri qaytarılması proseslərində iştirak etmək;
  • Malların anbar sahəsinə düzgün və effektiv yerləşdirilməsini təmin etmək;
  • Mal-materialların, inventarların, təkərlərin, motor və sürtkü yağlarının, zəhərli dərmanların yüklənməsi və boşaldılmasını təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
  • Anbar daxilində yükqaldırıcı platforma və avtoyükləyici texnikadan istifadə etməklə bütün yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə icra etmək;
  • Sterlajlara malların yığılması və çıxarılması zamanı göndəriş sənədlərinə uyğun işləmək;
  • Sifarişçilərə malların təhvil verilməsi prosesində aktiv iştirak etmək;
  • Sayım, yüklənmə və yüklərin anbar nəqliyyatına yerləşdirilməsini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
  • Anbarların idarə edilməsi şöbəsinin göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;
  • Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydalara ciddi şəkildə əməl etmək;
  • Anbarın və fərdi iş yerinin təmizliyinə daim nəzarət etmək, ehtiyac olduqda anbarın ümumi təmizliyində iştirak etmək;
  • Texniki nasazlıq və uyğunsuzluq halları olduqda dərhal rəhbərliyə məlumat vermək;
  • Tullantıların təmizlənməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi üzrə müəssisənin daxili prosedurlarına və ətraf mühit tələblərinə uyğun fəaliyyət göstərmək.

Tələblər

  • Orta ixtisas və ya tam orta təhsil;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;
  • Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.


Səriştə və bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və etibarlı yanaşma;
  • Düzgünlük və intizamlılıq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.


Əlavə məlumat:

  • İş rejimi: 6 günlük iş qrafiki.

Vakansiya haqqında

Son tarix

April 9, 2026

Paylaşılıb

mart 10, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Təhsil

Peşə təhsili

Kateqoriya

Logistika və nəqliyyat