Prime Cotton

Anbardar (Sabirabad)

  • Prime Cotton
  • Sabirabad şəhəri Heydər Əliyev prospekti 1
  • Tam ştat

13-01-2026

383

Təsvir

  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla, səliqəli şəkildə yığılmasını və yerləşdirilməsini təmin etmək;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və qorunmasını təmin etmək, saxlanma rejiminə, sənədləşdirmə qaydalarına, habelə mədaxil-məxaric sənədlərinin təhvil verilməsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Anbardan malları yalnız filial rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Mal və material uçotunun aparılması üçün məlumatları 1C proqramına daxil etmək;
  • Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanmasını, mühafizə rejiminə əməl edilməsini və əməliyyatların uçotunun aparılmasını təmin etmək;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvil verilməsinə riayət edilməsini təmin etmək, müəyyən olunmuş hesabatları tərtib etmək;
  • Anbarda yanğına qarşı ləvazimatların mövcudluğuna və saz vəziyyətdə olmasına, avadanlıqların və inventarın vəziyyətinə, eləcə də onların vaxtında təmir olunmasına nəzarət etmək;
  • Köhnəlmiş, zərər görmüş və ya xarab olmuş mal və materialları müəyyən etmək və bu barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Mal və materialların inventarizasiyasına təlimatlara uyğun şəkildə hazırlaşmaq, inventarizasiyanı təşkil etmək və prosesdə iştirak etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə çatdırılmasını təşkil etmək;
  • Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsi prosesində Mühafizə xidməti ilə əməkdaşlıq etmək;
  • Əmtəə-maddi sərvətlərin inventarizasiyasının aparılmasında iştirak etmək.

Tələblər

Texniki biliklər:

  • Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır;
  • Anbarda avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməlidir;
  • Qaimə-faktura, təhvil-təslim sənədləri və mədaxil-məxaric sənədləri üzrə məlumatlı olmalıdır;
  • Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və digər normativ sənədləri oxuya və tətbiq edə bilməlidir;
  • Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilməsi qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır;
  • Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi riayət etməlidir.


Təhsil: Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, logistika, mühəndislik və ya oxşar sahələr üzrə);

İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dili – sərbəst.


Kompüter bilikləri:

  • Windows əməliyyat sistemi;
  • MS Office proqramları (xüsusilə Excel, Word);
  • 1C ERP proqramı üzrə baza bilikləri – arzuolunandır.

Vakansiya haqqında

Son tarix

February 12, 2026

Paylaşılıb

yanvar 13, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat