open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
Prime Cotton
/
Aparıcı hüquqşunas(Mingəçevir)
Aparıcı hüquqşunas(Mingəçevir)
Prime Cotton
Heydər Əliyev pr 69
Tam ştat
07-09-2026
879
Bağlanılıb
Təsvir
Şirkətin və onun struktur bölmələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
Şirkətin fəaliyyətindən irəli gələn hüquqi riskləri müəyyən etmək, təhlil etmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Korporativ idarəetmə ilə bağlı sənədlərin (qərarlar, protokollar, etibarnamələr və s.) hazırlanmasını təmin etmək;
Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaları və münasibətləri idarə etmək;
Şirkətə daxil olan hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
Hüquqi dəyişiklikləri və qanunvericilik yeniliklərini izləmək, aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
Tələblər
Hüquq ixtisası üzrə ali təhsil;
Korporativ hüquq, kommersiya hüququ və ya müqavilə hüququ sahəsində minimum1- 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mülki, əmək, vergi, korporativ və kommersiya qanunvericiliyi üzrə dərin biliklər;
Müqavilələrin hazırlanması, ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;
Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması və müraciətlərin hazırlanması bacarığı;
Korporativ idarəetmə sənədlərinin hazırlanması və hüquqi müşayiəti üzrə təcrübə;
Hüquqi rəy, arayış və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyi üstünlük hesab olunur;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşüncə, yüksək məsuliyyətlilik və məxfi məlumatlarla işləmək bacarığı;
Danışıqlar aparmaq, problemləri hüquqi müstəvidə həll etmək və qərarvermə bacarığı;
Vakansiya haqqında
Paylaşılıb
sentyabr 7, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Hüquq