İşçinin gündəlik fəaliyyət sahəsi Pambıq istehsalına nəzarət şöbəsini əhatə edir;
İşçi şirkət tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq şöbənin işinin formalaşdırılmasında yaxından iştirak etməlidir;
İşçi fermerlərin sahəsində aparılmış aqrotexniki işlərin (I və II şum, mala, səpin, arxçəkmə, kultivasiya, dərmanlama və digər işləri ) gündəlik məlumatlarını təhvil verilmiş iş aktları əsasında reyester formasında dəqiq olaraq yoxlamalı, görülmüş işlərin sistemə işlənilməsinə nəzarət etməli və rəhbərliyə məlumat verməlidir. Eyni zamanda ayda 2 dəfə məlumatlardan toplanmış ümumi reyesteri təqdim etməlidir;
İşçi tabe olduğu şöbənin iş fəaliyyətinin düzgün təşkil edilməsi istiqamətində ərazi aqronomu, ərazi nümayəndəsi və fermerlərin tələbatını, verilən qərarlara və təkliflərə münasibətini öyrənməli və şöbəni məlumatlandırmalıdır;
İşçi daima rəhbəri ilə sıx koordinasiyalı çalışmalı, görüləcək işləri öncədən müəyən etməli və bunun üçün yaranmış ehtiyaclar haqda məlumat verməlidir;
İşçi rəhbərlik və baş ofisdən göndərilmiş sorğuları cavablandırmalı və əlavə tapşırıqları icra etməlidir;
İşçi aqronomlarla hər gün əlaqə saxlamalı, ərazilərində görülmüş və görülməsi planlaşdırılan işlərin qeydini aparıb Baş aqronoma məlumat verməlidir.
Tələblər
Təhsil:
Ali və ya orta ixtisas təhsili.
Peşəkar bacarıqlar:
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
Təşkilatda yaranan məsələləri operativ və səmərəli şəkildə həll etmək qabiliyyəti.
Analitik düşünmə və düzgün qərarvermə qabiliyyəti.
Texniki bacarıqlar:
MS Office proqramlarını sərbəst istifadə etmək.
Məlumatların toplanması və işlənməsi üçün texniki vasitələrdən istifadə bacarığı.
Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlər və təlimatlar barədə biliklər.