Avtonəqliyyat vasitəsinin təmiri və profilaktik işlərinin aparılmasında bilavasitə iştirak etmək;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını təmin etmək, ayrı-ayrı hissə və qovşaqlarına baxış keçirmək;
Nasazlıqların vaxtında müəyyən edilməsi üçün mütəmadi yoxlamalar aparmaq, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
Avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların və qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları vaxtında əldə etmək və təhvil vermək;
Avtonəqliyyat vasitəsinin spidometr göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeydiyyata almaq, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfiyyatına uyğunluğunu təmin etmək;
Əmək və istehsal intizamına, həmçinin təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına tam riayət etmək.
Tələblər
Avtobus sürmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi (mütləq şərtdir);
Avtobus sürücüsü kimi 3 iş təcrübəsi (rayondaxili və/və ya şəhərlərarası marşrutlarda təcrübə üstünlükdür);
Avtonəqliyyat vasitəsinin əsas quruluşu, hissə və qovşaqları haqqında kifayət qədər anlayışa malik olmaq, ilkin texniki baxış keçirmək və xırda nasazlıqları aradan qaldıra bilmək;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanması, texniki baxışın aparılması və nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etmək bacarığı;
Yol hərəkəti qaydalarını (YHQ) yaxşı səviyyədə bilmək və onlara şərtsiz riayət etmək;
Yol vərəqələri, yanacaq kartları və digər müvafiq sənədlərlə işləmək, onları vaxtında əldə edib düzgün şəkildə təhvil vermək bacarığı;
Spidometr göstəricilərinin və yanacaq-sürtkü materiallarının sərfiyyatının düzgün qeydiyyatını aparmaq bacarığı;
Məsuliyyətli, dəqiq, intizamlı, stresə davamlı olmaq və kollektivdə işləmə bacarığı;
Təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları üzrə biliklərə malik olmaq və onlara əməl etmək.