Prime Cotton
Ana səhifə
/
/
/
Avtokar sürücüsü (Şirvan)

Avtokar sürücüsü (Şirvan)

09-01-2025

142

Təsvir

  • Jımıxı idarə etdiyi maşınla yük maşınlarına yükləmək;
  • Çiyid qabığını yük maşınlarına yükləmək;
  • Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi təhlükəsizlik qaydalarına və prosedurlarına uyğun olaraq icra etmək;
  • Verilmiş istehsalat tapşırığı daxilində yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək və yüklərin yerini dəyişmək;
  • İdarə etdiyi texnikada istənilən zədə, nasazlıq aşkar etdikdə rəhbərliyə məlumat vermək;
  • Akkumulyatorların sazlığı da daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlamaq;
  • Nəqliyyat texnikasını gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etməklə işə hazırlaşmaq;
  • İşlərin ardıcıllığını planlaşdırmaq;
  • Xidmət barədə hesabatı rəhbərliyə çatdırmaq;
  • Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət etməli.


Tələblər


  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Təhlükəsizlik qaydalarını bilməli;
  • Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;
  • Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlara sahib olmalı;
  • Müvafiq texnikanı idarə etmək üçün sertifikatı və ya sürücülük vəsiqəsi tələb olunur.

Vakansiya haqqında

Son tarix

fevral 18, 2025

Paylaşılıb

yanvar 9, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Orta təhsil

Kateqoriya

Xidmət sahələri