Prime Cotton
Ana səhifə
/
/
/
Baş aqronom (Sabirabad Regional İFT ofisi)

Baş aqronom (Sabirabad Regional İFT ofisi)

  • Prime Cotton
  • Sabirabad şəhəri Heydər Əliyev prospekti 2
  • Tam ştat

Bu gün

42

Təsvir

  • İllik fəaliyyət planlarını hazırlanmasında iştirak etmək, müəssisədə məhsul istehsalı üçün tələb olunan ilkin büdcə barədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Texnoloji xəritələrin hazırlanması, səpindən məhsul yığımına qədər istehsal proseslərinə nəzarət etmək;
  • Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması üçün təkliflər vermək;
  • İstehsal prosesləri zamanı təsərrüfatların toxum, gübrə, pestisid, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarına olan ehtiyacı barədə yuxarı orqanlar qarşısında məsələ qaldırmaq;
  • Mütamadi olaraq təsərrüfatlarda əkinçilik üzrə monitorinqlər keçirmək, problemləri aşkar etmək, rəhbərliyə hesabat formasında təqdim etmək və onların aradan qaldırılması üçün çevik addımların atılmasını təmin etmək;
  • Məhsul yığımının vaxtlarını müəyyən etmək, hava şəraiti və təminata uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
  • Torpağın münbitliyinin artırılmasına diqqət yetirilməklə təsərrüfatlarda növbəli əkinçilik sistemlərinin tətbiqi və əkindən əvvəl hər hektardan məhsuldarlıq normalarının müəyyən edilməsi;
  • Növbəli əkin sxeminin tərtibi, sortların seçimi, səpin normasının müəyyən edilməsi, gübrələrin növləri, onların verilmə vaxtı və tətbiq üsulları və yığım qrafikinin hazırlanması;
  • Kənd təsərrüfatı fəaliyyətinin nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq və rəhbərliyə təqdim olunması;
  • Müəssisənin strateji inkişafına uyğun olaraq modernizasiya və optimallaşdırma layihələrinə rəhbərlik edilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil – Aqrar sahədə və ya idarəetmə sahəsində;
  • Təcrübə: Aqrar sahəsində ən azı 5 il, idarəetmə sahəsində ən azı 2 il təcrübə;
  • Sertifikatlar: ISO 9001, ISO 45001, ISO 14001 arzuolunandır;
  • Dil bilikləri: İngilis və Rus dili arzu olunandır;
  • Pambıq istehsalı sahəsində təcrübəyə üstünlük verilməklə, dənli bitkilərin istehsalı üzrə iş təcrübəsi;
  • Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması.

Vakansiya haqqında

Son tarix

November 11, 2026

Paylaşılıb

oktyabr 12, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı