Təhsil: Orta ixtisas və ya peşə təhsili;
İş təcrübəsi: Elektrik sahəsində 1–3 il iş təcrübəsi;
Peşə bilikləri və bacarıqlar:
- Elektrotexnikanın əsaslarını bilmək;
- Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının və elektrik cihazlarının iş prinsiplərini bilmək;
- Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Aşağı və yüksək gərginlikli xətlərin birləşdirilməsi və lehimlənməsi üsullarını bilmək;
- Elektrik cərəyanından zədələnmə zamanı ilk tibbi yardım göstərmə qaydalarını bilmək;
- Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemlərini bilmək;
- Rele mühafizəsi və onun növləri haqqında ümumi məlumatlara sahib olmaq;
- Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənmə səviyyəsini müəyyənləşdirmək bacarığı;
Əlavə tələblər:
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara riayət etmək;
- Daxili əmək intizamı qaydalarına əməl etmək;
- Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı.