Növbə rəisi istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;
İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;
İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulu və metodların yayılması işində iştirak edir;
Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir;
Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;
İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir;
Növbəni-qarderobları,avadanlıqları və köməkçi sahələri təmiz şəkildə təhvil alır və təhvil-təslim edir;
Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
Növbə ərzində pambıq mahlıcının,istehsal olumuş və olunacaq,qablaşmış və qablaşacaq ipliyin çəki və labarator keyfiyəti barəsində tam məlumat əldə edir;
Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir.
Cəmiyyətdə qəbul olunmuş qaydalar və prosedurlara riayət olunması.
Tələblər
Tələblər
Ali təhsil və ya ekvivalent təlim (təcrübə);
Müvafiq sahədə ən az 3 ilədək iş təcrübəsi
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
Şifahi və yazılı ünsiyyət bacarıqları;
Komandada işləmə bacarığı;
Diqqətlilik;
Məsuliyyətlilik.
Əlavə məlumat:
Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;