Prime Cotton
Ana səhifə
/
/
/
Növbə rəisi (Sumqayıt)

Növbə rəisi (Sumqayıt)

  • Prime Cotton
  • 2 Sülh küçəsi, Sumqayıt 5004, Azərbaycan
  • Tam ştat

Bu gün

147

Təsvir

  • Növbə rəisi istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
  • Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;
  • İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
  • Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;
  • İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulu və metodların yayılması işində iştirak edir;
  • Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir;
  • Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;
  • İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir;
  • Növbəni-qarderobları,avadanlıqları və köməkçi sahələri təmiz şəkildə təhvil alır və təhvil-təslim edir;
  • Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
  • Növbə ərzində pambıq mahlıcının,istehsal olumuş və olunacaq,qablaşmış və qablaşacaq ipliyin çəki və labarator keyfiyəti barəsində tam məlumat əldə edir;
  • Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
  • Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir.
  • Cəmiyyətdə qəbul olunmuş qaydalar və prosedurlara riayət olunması.

Tələblər

Tələblər

  • Ali təhsil və ya ekvivalent təlim (təcrübə);
  • Müvafiq sahədə ən az 3 ilədək iş təcrübəsi
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
  • Şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Komandada işləmə bacarığı;
  • Diqqətlilik;
  • Məsuliyyətlilik.


Əlavə məlumat:


  • Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;
  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2;
  • Nahar şirkət tərəfindən təmin edilir.


Vakansiya haqqında

Son tarix

March 26, 2026

Paylaşılıb

fevral 24, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Natamam ali

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı