Strateji idarəetmə:
1. Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək;
2. Gəlirlərin artırılması, bazarın genişləndirilməsi və müştəri məmnuniyyəti üzrə hədəfləri müəyyənləşdirmək;
3. Şirkətin illik satış və marketinq planlarını təsdiqləmək və icrasına nəzarət etmək.
Satış və marketinq fəaliyyəti:
4. Satış hədəflərinin icrasına rəhbərlik etmək və satış kanallarını inkişaf etdirmək;
5. Marketinq və brendinq fəaliyyətlərini nəzarətdə saxlamaq, reklam və PR strategiyalarını təsdiqləmək;
6. Rəqəmsal satış və onlayn marketinq imkanlarının inkişafına rəhbərlik etmək.
Müştəri və bazar əlaqələri:
7. Müştəri ehtiyaclarının təhlilini aparmaq və müştəriyönümlü yanaşmanı təmin etmək;
8. Əsas müştərilərlə strateji münasibətləri inkişaf etdirmək;
9. Bazar araşdırmaları və rəqib analizlərini mütəmadi həyata keçirmək.
Biznes inkişafı:
10. Yeni bazarların araşdırılması və genişlənmə imkanlarını dəyərləndirmək;
11. Strateji tərəfdaşlıqlar və əməkdaşlıqlar qurmaq;
12. Şirkətin uzunmüddətli gəlir modellərinin formalaşdırılmasını təmin etmək.
İdarəçilik və hesabatlılıq:
13. Kommersiya bölmələrinin fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü effektiv təşkil etmək;
14. Maliyyə departamenti ilə birlikdə büdcə planlaşdırılmasını həyata keçirmək və xərclərə nəzarət etmək;
15. CEO və İdarə Heyətinə müntəzəm hesabat təqdim etmək;
16. Cəmiyyətdə qəbul olunmuş qaydalar və prosedurlara riayət olunması.
1. Ali təhsil (Biznesin idarəedilməsi, Marketinq, Maliyyə və ya əlaqəli sahələr üzrə);
2. Kommersiya və ya satış sahəsində minimum 5-7 il rəhbər vəzifə təcrübəsi;
3. Şirkətin müəyyən edilmiş maliyyə və kommersiya hədəflərinə nail olmaq;
4. Satış və gəlirlərlə bağlı KPI-ların yerinə yetirilməsini təmin etmək;
5. Kommersiya fəaliyyətində risklərin azaldılması və bazar mövqeyinin qorunmasını təmin etmək;
6. Tabeliyində olan əməkdaşların fəaliyyətinə və əmək intizamına görə məsuliyyət daşımaq;
7. İş fəaliyyətini vəzifə təlimatına, həmçinin Cəmiyyətin server strukturunda yerləşən siyasət, prosedur, qayda, təlimat və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirmək;
8. Daxili audit prosesi zamanı audit qrupuna zəruri məlumatları təqdim etmək;
9. Müəyyən edilmiş uyğunsuzluqların kök səbəblərinin araşdırılması və düzəldici fəaliyyətlərin icrası prosesində iştirak etmək;
10. Vəzifə təlimatlarından irəli gələn risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;
11. Güclü liderlik, idarəetmə və strateji düşünmə bacarığı;
12. Analitik düşünmə və qərarvermə qabiliyyəti;
13. MS Office proqramlarında sərbəst işləmək bacarığı;
14. Ezamiyyətlərə hazır olmaq və intensiv iş rejimində işləmək bacarığı.
Son tarix
June 19, 2026
Paylaşılıb
may 20, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
5-8 il
Vəzifə dərəcəsi
Direktor