Müəssisəyə məxsus daşınan və daşınmaz əmlakın müxtəlif üsul və vasitələrlə mühafizəsini təmin etmək;
Müəssisənin buraxılış və obyektdaxili rejiminə nəzarət etmək, əməkdaşların və qonaqların giriş-çıxış prosesini təlimata uyğun həyata keçirmək;
Gələn qonaqları qarşılayaraq lazımi bölmələrə yönləndirmək, buraxılış vərəqələrinin yoxlanılmasını təmin etmək;
Təlimata əsasən işçilərin və qonaqların sənədlərini, əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq;
Obyektə gətirilən və çıxarılan məhsul, material və xammalın müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
Müvafiq hallarda texniki mühafizə vasitələrindən (kameralar, siqnalizasiya və s.) düzgün və məsuliyyətlə istifadə etmək;
Əmtəə-maddi dəyərlərin oğurlanması və ya təhlükə hallarında müvafiq struktur rəhbərliyinə və icra orqanlarına məlumat vermək;
Mühafizə olunan obyektin ərazisində qayda pozuntuları, texniki nasazlıqlar və ya şübhəli hallar aşkar edildikdə dərhal tədbir görmək və rəhbərliyə bildirmək;
Ərazidə yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
Buraxılış rejiminə əməl etməyən işçilər və ya ziyarətçilər barədə akt tərtib etmək və məsul şəxsə məlumat vermək;
Xidmət zamanı ayıq-sayıq olmaq, məsuliyyət və intizam prinsiplərinə əməl etmək.
Tələblər
Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub;
Orta təhsil tələb olunur; orta texniki təhsil üstünlükdür;
Mühafizə və təhlükəsizlik sahəsində azı 1 il iş təcrübəsi olmalıdır; istehsal və ya obyekt mühafizəsində təcrübə üstünlükdür;
Təhlükəsizlik, obyekt rejimi və nəzarət prosedurlarını bilməlidir;
Azərbaycan Respublikasının əmək və inzibati qanunvericiliyi, mühafizə fəaliyyəti qaydaları və aidiyyəti normativ aktlar barədə ümumi anlayışa malik olmalıdır;
Problem həll etmə, təşəbbüskarlıq və situativ qərarvermə bacarığına malik olmalıdır;
Yüksək müşahidə qabiliyyəti və diqqətli olmalıdır;
Dinləmə və ünsiyyət bacarıqları güclü olmalıdır; insanlarla düzgün və nəzakətli davranmağı bacarmalıdır;
Komanda ilə işləmək və rəhbər göstərişlərinə əməl etmək vərdişinə malik olmalıdır;
Fiziki cəhətdən sağlam olmalı və çöl şəraitində növbəli iş rejimində işləməyə uyğun olmalıdır;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməlidir;