Prime Cotton
Ana səhifə
/
/
/
Göztəçi rəhbəri (Zərdab)

Göztəçi rəhbəri (Zərdab)

19-09-2025

117

Təsvir

  • Filialda gözətçi işinin təşkilini təmin etmək;
  • Gözətçilərin iş qrafikini müəyyən etmək;
  • Gözətçilərin növbələrinin təhvil verilməsi və alınmasına, həmçinin növbə dəyişikliyinə nəzarət etmək;
  • Gözətçilərin daima öz yerlərində olmasına nəzarət etmək və onların ehtiyaclarını vaxtında yoxlamaq;
  • Rəhbərliyin verdiyi digər göstəriş və tapşırıqları icra etmək;
  • Gündəlik qeydiyyata uyğun olaraq regionun mühafizə rəhbərinə hesabat vermək;
  • Müəssisədə gözətçilərin apardıqları sənədləşmə işlərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • Gözətçilərin təlimatlandırılmasını təmin etmək, onların peşə vəzifələrini tələb olunan keyfiyyətdə icra etməsi üçün tapşırıq və məsləhətlər vermək;
  • Gözətçilərin etik qaydalara, geyim normalarına və digər normativlərə riayət etmələrinə nəzarət etmək;
  • Tabeçiliyində olan mühafizə əməkdaşları arasında intizamın vəziyyətinə görə şəxsən məsuliyyət daşımaq.

Tələblər

  • Kompüter bacarıqlarına malik olmaq;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmaq;
  • Güclü analitik və məntiqi düşüncə qabiliyyətinə malik olmaq;
  • Analitik düşüncə, dəyərləndirmə və vaxtında düzgün qərar qəbul etmə bacarığına sahib olmaq;
  • Hərbi xidməti başa vurmuş və fiziki cəhətdən sağlam olmaq;
  • Mühafizə sahəsi üzrə ilkin biliklərə malik olmaq.

Vakansiya haqqında

Son tarix

October 18, 2025

Paylaşılıb

sentyabr 19, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Peşə təhsili

Kateqoriya here

Xidmət sahələri