İnsan resursları ilə bağlı bütün növ məlumatları və hesabatları təhlil etmək və qiymətləndirmək;
İnsan resursları ilə bağlı dəyişikliklər və təkmilləşmələr üzrə təhlillər aparmaq və nəticələri qiymətləndirərək təkliflər vermək;
İşçi və namizəd məlumatlarının mövcud olduğu bazanı daim təhlil etmək və nəzarətdə saxlamaq;
İşə qəbul üzrə tendensiyalar və nümunələrin təqdim olunması üçün statistik məlumatları təhlil etmək və nəticələri təqdim etmək;
Müxtəlif növ İR metriklərdən (axtarış sürəti (vakansiya doldurmaq üçün tələb olunan orta vaxt), məhsuldarlığa nail olma müddəti (məmnuniyyəti alınan orta günlər), turnover (kadr axını), işə qəbul əmsalı (iş təklfi edilən və onları qəbul edən namizədlərin faizi), təlimdə iştirak səviyyəsi (inkişaf tədbirlərində iştirak edən işçilərin faizi), orta performans reytinqi (seçilmiş işçilər qrupu üçün ortalama performans reytinqi) və s. istifadə etməklə təhlillər aparmaq;
İR metriklərə və təhlillərə əsaslanaraq, aşkarlanan çatışmazlıqları təkmilləşdirmək üçün işçilərin həvəsləndirilməsi və işdə saxlanılması üçün məlumatları analiz etmək və yeniliklər təklif vermək;
İşçi planlamasını mövcud struktura əsasən və büdcə planlamasına uyğun olaraq yerinə yetirmək və İR büdcə planlamasında rəhbərliyə köməklik göstərmək;
İR metriklərdən istifadə edərək işçi qüvvəsinin səmərəliliyini və təsirini müəyyən etmək;
Senarili Analitika (prescriptive analytics) tətbiq edərək xüsusi modellər qurmaqla iş şəraitinin yaxşılaşdırılması, əmək haqqı artımı, bonus və s. tətbiq etməklə bağlı təhlillər aparmaq və yeniliklər təklif etmək;
Şirkətin illik işçi dövriyyəsini hesablamaq, işçi dövriyyəsinin maaş itkisinə olan təsirlərini təhlil etmək.
Tələblər
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Həllyönümlü olmaq;
Təşəbbüskarlıq;
Kreativlik;
Diqqətlilik;
Məsuliyyətli olmaq;
Dəqiqlik və səliqəlilik.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;