Prime Cotton
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə mütəxəssis (Salyan)

İnsan Resursları üzrə mütəxəssis (Salyan)

Dünən

323

Təsvir

  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq və arxivləşdirmək;
  • İnsan Resurslarının seçilməsi, düzgün yerləşdirilməsi və peşəkarlığının artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri və digər İnsan Resursları əməliyyatlarının sənədləşməsini aparmaq;
  • İnsan Resursları üzrə hesabatların hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək;
  • Əmr və qərarların düzgün sənədləşdirilməsinə nəzarət etmək;
  • Rəhbərliyin İnsan Resursları ilə bağlı verdiyi göstərişlərin yuxarı təşkilatın tələblərinə uyğunluğunu yoxlamaq;
  • Vakansiyalar üzrə elanların yerləşdirilməsi, namizədlərin ərizələrinin qəbulu və rəhbərliyə təqdim olunmasını təşkil etmək;
  • Mövsüm dövründə əməkdaş tələbatını öncədən müəyyən edib rəhbərliyə təqdim etmək;
  • Mövsümi işçilərin işə qəbul və işdən çıxarılma sənədləşməsini operativ şəkildə icra etmək;
  • İşçilərin məzuniyyət qrafiklərini tərtib etmək və vaxtında istifadəsinə nəzarət etmək;
  • İnsan Resurslarına olan tələbat barədə birbaşa rəhbərliyə mütəmadi məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • İnsan Resursları işinin aparılması və hesabatların hazırlanması üzrə bilik və bacarıqlar;
  • İnsan Resurslarının seçilməsi, yerləşdirilməsi və sənədləşdirilməsi üzrə praktiki təcrübə;
  • İnsan Resurslarının inkişafı və əməkdaşların ixtisasının artırılması ilə bağlı təkliflər verə bilmək;
  • Əmək qanunvericiliyi və İnsan Resursları uçotu üzrə normativ sənədlər barədə biliklər;
  • İnsan Resursları sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və təşkilatçılıq bacarığı;
  • Kompüter proqramları (MS Office, HRM sistemləri) ilə işləmək bacarığı;
  • Komandada işləmək, ünsiyyət qurmaq və iş proseslərini koordinasiya etmək bacarığı.


Bizimlə işləməyin üstünlükləri

  • Rəqabətədavamlı əmək haqqı;
  • Sosial təminatlar və rəsmi əmək müqaviləsi;
  • Peşəkar və öyrənməyə açıq mühitdə çalışma imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Müasir İnsan Resursları prosesləri ilə təcrübə qazanmaq imkanı;
  • Daxili və xarici təlimlərdə iştirak etmək imkanı.

Vakansiya haqqında

Son tarix

October 29, 2025

Paylaşılıb

sentyabr 30, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə