Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin Elektron İnformasiya Sistemi (ƏMAS) vasitəsilə vaxtında daxil edilməsini təmin etmək;
İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
Müəyyən vəzifəyə keçən işçinin müvəqqəti əvəz olunmasını təşkil etmək
Tələblər
Təhsil:
Ali;
Təcrübə:
Müvafiq sahədə ən az 1-2 il iş təcrübəsi;
Dil bilikləri:
Səlis Azərbaycan dili. İngilis dili arzu olunandır;
Texniki biliklər:
Azərbaycan Respublikası Əmək Məcəlləsi və İnsan Resursları ilə bağlı digər qanunvericilik haqqında biliklər;
MS Office və 1C proqramında sərbəst işləmək bacarığı;
Səriştə və bacarıqlar:
Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı.