Prime Cotton
Ana səhifə
/
/
/
Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis

Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis

10-02-2025

371

Təsvir

  • “Prime Cotton” MMC-nin fəaliyyəti ilə bağlı biznes prosesləri müəyyən etmək və müvafiq qaydada sənədləşdirmək;
  • Şirkətin İnteqrasiya edilmiş Menecment Sisteminin tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;
  • İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;
  • İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
  • Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;
  • Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
  • Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;
  • Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;
  • Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;
  • İMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək;
  • Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
  • Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;
  • Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;
  • Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;
  • Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;
  • Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər

Təhsil: Ali;

Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;

Sertifikatlar:

Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək;

ISO 9001:2015 – Quality Management Systems Auditor;

İSO 14001:2015 və İSO 45001:2018 üzrə məlumatlılıq.


Vakansiya haqqında

Son tarix

mart 22, 2025

Paylaşılıb

fevral 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı