Prime Cotton
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (Bərdə)

Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (Bərdə)

  • Prime Cotton
  • 125 Heydər Əliyev Prospekti, Bərdə, Azərbaycan
  • Tam ştat

24-11-2025

173

Təsvir

  • Pambıq məhsullarının qəbulunu, çeşidlənməsini və keyfiyyət göstəricilərinin müəyyən edilməsini təmin etmək;
  • Mövcud standartlara uyğun olaraq pambığın növ və siniflər üzrə təsnifatını aparmaq;
  • Mahlıc kiplərindən götürülən nümunələrin HVI analizi proseslərini düzgün təşkil etmək və icrasına nəzarət etmək;
  • Təsnifat və analiz zamanı istifadə olunan ölçmə və laborator avadanlıqlarının texniki vəziyyətinə və düzgün tətbiqinə nəzarət etmək;
  • Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun vizual müayinə və laborator analizlər aparmaq;
  • Giriş nəzarəti çərçivəsində daxil olan mal-materialın uyğunluğunu və tamlığını yoxlayaraq rəy hazırlamaq;
  • Hazır məhsul və mal-materialın anbarlarda saxlanma prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Məhsulun qəbulundan sonrakı bütün mərhələlərdə (saxlanma, daşınma və s;) keyfiyyət meyarlarının qorunmasını təmin etmək;
  • Keyfiyyətə nəzarət prosedurlarını tətbiq etmək, standartlardan kənarlaşmaları müəyyən edib aradan qaldırılması üzrə təkliflər vermək;
  • Laborator analizlərinin nəticələrini təhlil etmək, tələb olunan sənədləşməni və qeydiyyatı aparmaq;
  • Yoxlamalar üzrə formaları doldurmaq, məlumat və hesabatları hazırlayaraq müvafiq server qovluqlarında sistemli şəkildə saxlanmasını təmin etmək;
  • Şirkətin siyasət və prosedurlarına, təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi normalarına əməl etmək;
  • İş prosesindən irəli gələn digər tapşırıqları icra etmək.

Tələblər

  • Aqrar sahə, kənd təsərrüfatı, texnologiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Pambıqçılıq, kənd təsərrüfatı məhsullarının təsnifatı və ya keyfiyyətə nəzarət sahəsində minimum 5 il iş təcrübəsi;
  • Pambığın keyfiyyət standartları, təsnifat metodikaları və müvafiq normativ sənədlər barədə geniş biliklər;
  • NOP, GOTS və AZS/ISO 17025:2020 standartları üzrə məlumatlılıq;
  • ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə biliklər; bu istiqamətdə sertifikatlara sahib olmaq üstünlük sayılır;
  • HVI analizləri, laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları barədə bilik;
  • Kənd təsərrüfatı məhsullarının becərilməsi qaydaları və KTN üzrə hüquqi normativlər barədə məlumatlılıq;
  • MS Office proqramları (Word, Excel, PowerPoint) ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (ingilis və rus dillərini bilmək arzu olunandır).


Şəxsi keyfiyyətlər:


  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Qərarvermə, operativlik, detallara diqqət və yüksək məsuliyyətlilik;
  • Komanda ilə işləmək və komanda idarəetmə bacarığı;
  • Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı;
  • Yüksək peşə etikası və məsuliyyətli iş yanaşması.

Vakansiya haqqında

Son tarix

December 23, 2025

Paylaşılıb

noyabr 24, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı