Prime Cotton
Ana səhifə
/
/
/
Kiçik Dizayner (Junior Designer)

Kiçik Dizayner (Junior Designer)

02-05-2025

307

Təsvir

  • Marketinq kampaniyaları üçün vizual materialların (sosial media qrafikləri, bannerlər, təqdimatlar, infografiklər və s.) hazırlanması.
  • Şirkətin veb-saytı və digər rəqəmsal platformaları üçün vizual elementlərin yaradılması.
  • Çap materiallarının (broşürlər, vizit kartları, posterlər və s.) dizaynında iştirak etmək.
  • Brendin vizual üslubuna uyğun dizayn həllərinin təklif edilməsi və tətbiqi.
  • Dizayn layihələrinin vaxtında və keyfiyyətlə təhvil verilməsi.
  • Marketinq komandası ilə sıx əməkdaşlıq etmək və layihələrdə fəal iştirak etmək.
  • Rəqiblərin dizayn tendensiyalarını və ən yaxşı təcrübələrini izləmək.
  • Dizayn proqramlarında (Adobe Photoshop, Illustrator, InDesign və s.) sərbəst işləmək.
  • Tələb olunduqda digər dizayn tapşırıqlarını yerinə yetirmək.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

 

Tələblər

  • Müvafiq sahədə (dizayn, vizual kommunikasiya və s.) ali təhsil.
  • 1-2 il dizayn sahəsində iş təcrübəsi (təcrübəsiz məzunlar da nəzərdən keçirilə bilər).
  • Adobe Creative Suite proqramlarında (Photoshop, Illustrator, InDesign) yüksək səviyyədə işləmək bacarığı.
  • Müasir dizayn trendləri və prinsipləri haqqında biliklər.
  • Yüksək vizual zövq və detallara diqqət.
  • Yaradıcı düşüncə və problem həll etmə bacarığı.
  • Komandada işləmək bacarığı.
  • Məsuliyyətli və punktual olmaq.
  • Azərbaycan və İngilis dillərində (orta səviyyədən yuxarı) ünsiyyət qurmaq bacarığı arzuolunandır.
  • Portfolio təqdim etmək tələb olunur.


Vakansiya haqqında

Son tarix

June 1, 2025

Paylaşılıb

may 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr