Prime Cotton
Ana səhifə
/
/
/
Mal-material anbarı (Tərtər filialı )

Mal-material anbarı (Tərtər filialı )

Bu gün

28

Təsvir

  • Malların qəbulu, yoxlanılması və sistemə daxil edilməsi
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla ilə yığılmasını, yerləşdirilməsini təmin etmək;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini təmin etməli, saxlanılma qaydalarına riayət etməli, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbardan malları sifarişlər əsasinda düzgün bölgüsünü aparmaq ,sifarişçilər tərəfindən sifariş edilmiş malları ilkin olaraq anbar qalığında yoxlamaq ,anbar qalığında mallarin olmasına tam əmin olduqdan sonra sifarişlər üzrə sifarişçiyə anbar modulu olan 1 C proqrami vasitəsi ilə və ya rəhbərliyin xüsusi elektron məktubu (e-mail) əsasında sifarişçiyə (Prime Cotton MMC filiallarinina) təyin edilmiş maddi məsul şəxslərə göndərmək; Əgər sifariş edilmiş mal anbar stokunda yoxdursa sifarişçinin sifarişini təsdiqlər əsasında təhcizat şöbəsinə malın alınmasi üçün yönəltmək .
  • Anbara daxil olanan mal materialin malla birlikdə göndərilən elektron qaimə və ya hesab fakturaya uyğun olaraq anbar fəhlələrinin köməyi ilə sayılmasinda iştirak etmək. Anbara daxil olan mal materiallarin fiziki sayını, elektron qaimə və ya hesab fakturada olan sayının təyin etdikdən sonra göndərilən mal material elektron qaimə və ya hesab faktura ilə doğruluğunu yoxlamaq və anbara mədaxil etməsi üçün sənədləri mühasibatlıq şöbəsinə yönəltməsini təmin etmək. Əgər göndərilən mal materialin sayında elektron qaimə və hesab faktura ilə uyğunsuzluq varsa bu haqda filial rəhbərinə, mühasibatlığa, anbarın funksional rəhbərinə (baş ofis), və təhcizat şöbəsinə məlumat vermək.
  • Mədaxil olan mallarin müvafiq sterlajlara yiğilmasini təmin etmək .
  • Mərkəzi anbarın anbardarı göndərdiyi mal materiali göndərəcəyi filialların anbarina yola salarkən mallarin avtomobillərə yüklənməsi üçün əvvəlcədən göndəriş sənədlərinin hazirlanmasina və hazirlanmiş sənədlər əsasindan anbar fəhlələrinin köməyi ilə anbar stelajlarindan tapilib yola salinmasi üçün hazirlanmasini həyata keçirən şəxsdir .Həmin mallari bir bir yoxlayaraq anbar maşinlarina yüklənməsində mühafizə əməkdaşinin iştiraki ilə həyata keçirməlidir və mallarin düzgün sayılıb yiğilmasina və təhlükəsiz avtomobillərə yerləşdirməsinə məsuldur .
  • Anbara daxil olan mal materialarin yuxarida qeyd edildiyi (normal malın fiziki və qaimə əsasinda malın sayı düzdürsə) kimi mədaxil edildikdən sonra həmin mal materiallarin anbar stelajlarina düzgün yerləşdirilməsinə görə anbar fəhlələrinə göstərişlərini verib ,həmin mal materialin anbar stelajlarinin nömrələnmiş hərf və rəqəmlərinə uyğun olaraq anbardarin tərtib etdiyi exsel formada hazirlanmiş cədvəlinə dəyişiklik edərək işləyir , bu dəyişiklik gələcəkdə göndərilməsi nəzərdə tutulan mallarin rahat və təhlükəsiz ,tez tapilmasina təminat verdiyi üçün qeyd edilən ardiciliğa anbardar məsuldur.
  • Anbardar anbarda olan mal material və eləcədə mərkəzi anbarda olan dərman preparatlarinin (əkinçilik üçün nəzərdə tutulan ) necə saxlanmasina ,təhlükəsizlik qaydalarina əməl edərək vaxti keçmiş mallar haqqinda hesabatlar hazirlamali və üst rəhbərə həmin məlumatlari ğtüməyə məsuldur .vaxti keçmiş dərman preparatlarinin digər yararli dərman preparatlarindan ayirmasini və təhlüksiz yerdə saxlanmasini ,həmin vaxti keçmiş dərmanlarin xüsusi göstəriş aldiqdan sonra (utilizasiya haqqinda qərar olduqdan sonra ) dərmanlarin təhlükəsiz utilizasiyaya göndərilməsini təmin edir .
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq hesabati rəhbərliyə təqdim etmək;(əgər hər hansisa malın saxlanma müddəti varsa və ya saxlanilmasi düzgün təmin edilməyibsə) 
  • Məhsulların düzgün yerləşdirilməsi və etiketlənməsi
  • Stok səviyyəsinə nəzarət və dövri inventarizasiya
  • Malların vaxtında və düzgün təhvil verilməsi
  • Anbar təmizliyinin qorunması
  • Barkod və skanerlərlə məhsul izlənməsi
  • Anbar sənədlərinin (qaimə, akt və s.) düzgün aparılması
  • Yükləmə və boşaltma işlərinin təşkili
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
  • Tullantı və zədələnmiş məhsulların qeydiyyatı və hesabatı
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Yükləmə-boşaltma işlərinin aparılmasının, rekvizitlərin yığılmasının, mühafizə olunmasının və vaxtında tədarükçüyə çatdırılmasının təşkil edilməsi;
  • Anbarın fəhləsinə rəhbərlik etmək;
  • Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək;
  • Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak etmək;
  • Cəmiyyətin ekoloqunun nəzarəti altında mövcud qanun və təlimatlar əsasında işlərin icra olunması;
  • Müəssisədə istifadəyə yararsız yağ, akkumlyator, yağlı əskilər, filtirlər, taxta, dəmir və digər tullantıların idarə edilməsi məqsədi ilə çeşidlənməsi, tullantı anbarında saxlanılması zamanı “Tullantıların müvəqqəti saxlanılmasının qeydiyyatı” jurnalında qeydlərin aparılması;
  • Hər hansı sexdən, şöbədən alınan tullantının adını, növünü və miqdarını müəyyən edərək “Tullantı üzrə arayış”da qeydiyyatın aparılması, ayrılmış xüsusi qovluqlarda yerləşdirilməsi;
  • Müqavilə əsasında tullantıları ərazilərdən kənarlaşdıran zaman “Tullantıların yığılması, daşınması və utilizasiyası ilə məşğul olan şirkətlərin reyestri” blankında qeydiyyat aparmaq, məlumatları ayrılmış xüsusi qovluqlarda yerləşdirmək;
  • İş yükü nəzərə alınaraq Yanacaq anbardarı, hazır məhsul anbardarı vəzifələri üzrə əvəzetmədə iştirak etməlidir. Eyni zamanda iş əsnasında dəstək olmalı.
  • Cəmiyyətdə qəbul olunmuş qaydalar və prosedurlara riayət olunması


Tələblər

  • Anbar idarəetmə prinsipləri (FIFO, LIFO)
  • Stok və inventar nəzarəti
  • Barkod və skanerlərlə işləmə
  • WMS və ERP sistemləri (1C, SAP, Logo və s.)
  • MS Excel-də əsas funksiyalar
  • Forklift və anbar avadanlıqları ilə işləmə
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları
  • Sənədləşmə: qaimə, təhvil-təslim aktı və s.
  • Anbarda təhlükəsizlik qaydaları
  • Anbarda avadanlıqların və materialların saxlanma qaydaları
  • AR mülki hüququ, əmək, maliyyə, təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək
  • Qaimə-faktura, təhvil-təslim barədə ümumi məlumat
  • Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilmək
  • Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək

 



 


Vakansiya haqqında

Son tarix

July 12, 2026

Paylaşılıb

iyun 12, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər