Avtomobillərin kondisioner sistemlərinin təmiri, baxımı və periodik xidmətlərinin həyata keçirilməsi. Həmçinin, sistemdə yaranan hər hansı bir nasazlığı aşkar edib təmir etmək;
Kondisioner sistemlərindəki soyutma problemlərini, sızmaları və digər texniki nasazlıqları aşkarlamaq və müvafiq tədbirləri görmək;
Yeni avtomobillərdə kondisioner sistemlərinin düzgün quraşdırılmasını təmin etmək və köhnə, zədələnmiş sistemləri dəyişdirmək;
Kondisioner sisteminə soyutma qazlarının doldurulması, boşaldılması və sistemin optimal işləməsi üçün lazımi təmir və xidmətləri göstərmək;
Təmirdən sonra sistemin düzgün işləməsini təmin etmək üçün sınaqdan keçirilməsi və soyutma sisteminin tam olaraq yoxlanılması;
Kondisioner sistemlərini təmir edərkən müvafiq alət və avadanlıqlardan istifadə edərək işin keyfiyyətli və səliqəli aparılması.
Tələblər
Kondisioner sistemləri sahəsində minimum 2 il təcrübə;
Avtomobil kondisioner sistemlərinin iş prinsipləri, təmiri və quraşdırılması haqqında yüksək biliklər;
Kondisioner sistemində istifadə olunan soyutma qazlarının düzgün idarə edilməsi və işlədilməsi barədə biliklər;
Avtomobil kondisioner sistemlərinin təmirində və qaz dolumunda təhlükəsizlik qaydalarına riayət etmək;
İşin düzgün yerinə yetirilməsi və keyfiyyətli işin aparılması, detallara diqqət yetirmək.