Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək verir, məzuniyyət və ezamiyyət zamanı onu əvəz etmək;
Mexanik müəssisənin avadanlıqlarının işini təmin edir, müəssisəyə yeni avadanlıqların qəbul edilməsi və quraşdırılmasında iştirak etmək;
Müəssisədə təmir xidmətini təşkil etmək;
Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
Əməyin mühafizəsinin qayda və normalarına, təmir proseslərinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizliyə riayət etmək;
Bütün avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
Kənd təsərrüfatı texnikalarının və digər nəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırılmasını təmin etmək.
Tələblər
Təhsil: Ali və orta-ixtisas təhsili
Yerinə yetirilən iş üzrə normativ sənədləri və metodik materialları bilməlidir;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
Müəssisədə təmir xidmətinin təşkilini bilməlidir;
Təmir işlərinin təşkili və texnologiyasını bilməlidir;
Avadanlıqların təmirə təhvil və təmirdən qəbulu qaydalarını bilməlidir.