Prime Cotton
Ana səhifə
/
/
/
Mexanik tələbə (Salyan)

Mexanik tələbə (Salyan)

Bu gün

58

Təsvir

⚙️ Sənin əsas vəzifələrin:


  • Baş nəqliyyat mexanikinə gündəlik texniki işlərdə dəstək göstərmək;
  • Kənd təsərrüfatı texnikası və nəqliyyat vasitələrinin işə hazırlığını təmin etməkdə iştirak;
  • Hissə və qovşaqların vizual texniki baxışlarında mühəndis heyətinə yardım etmək;
  • Nasazlıqların aşkarlanması və aradan qaldırılması proseslərinə cəlb olunmaq;
  • Təmir işləri zamanı mexaniklərə və ustalara texniki yardım göstərmək;
  • Alət və avadanlıqların düzgün istifadəsinə nəzarətdə dəstək vermək;
  • Lazımi ehtiyat hissələrinin ölçüsü, növü və uyğunluğunu yoxlama prosesində iştirak;
  • Təmir zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmək;
  • İş ərazisinin təmizliyi, qaydası və təhlükəsizliyi üzrə nəzarətdə iştirak;
  • Təmir və xidmət işləri üzrə məlumatların toplanması və protokollaşdırılmasına dəstək;
  • Texniki sənədlərlə, təlimat kitabçaları ilə işləməyi və onlardan öyrənməyi bacarmaq.

Tələblər

🎓 Təhsil:

  • Ali təhsil;
  • (Mexanika, kənd təsərrüfatı texnikası, avtomobil nəqliyyatı, texniki xidmət və ya əlaqəli sahələr üzrə).

 

🛠 Təcrübə:

  • Təcrübə tələb olunmur
  • (Bu sahədə işləmək və praktiki bilik qazanmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulur).

 

🌐 Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst yazı və danışıq bacarığı;
  • İngilis dili – arzuolunandır.

 

💻 Kompüter bilikləri:

  • MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word);
  • Texniki sənədlərlə tanış olmaq və əsas qeydiyyat işlərini aparmaq bacarığı.

 

⚙️ Texniki və sahə üzrə ilkin biliklər:

  • Kənd təsərrüfatı texnikasının əsas hissələri və funksiyaları barədə ümumi anlayışlar;
  • Texniki xidmət və sadə təmir prinsipləri barədə ilkin biliklər;
  • Nasazlıqların müşahidə olunması və əsas texniki yoxlamaların izahını anlama bacarığı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat qaydalarına dair ümumi məlumat;
  • Avadanlıq və alətlərin adları, istifadə məqsədi və təhlükəsiz istifadəsi barədə baza səviyyəsində biliklər.

 

🎯 Təklif edirik:

  • Sahədə real şəraitdə praktiki təcrübə qazanmaq imkanı;
  • Təcrübəli mexaniklərin rəhbərliyi altında peşəkar bacarıqların inkişafı;
  • Yaxşı nəticə göstərən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanı və karyera yüksəlişi;
  • Ödənişli təcrübə müddətinin sonunda rəsmi tövsiyə məktubu və iştirak sertifikatı.

Vakansiya haqqında

Son tarix

November 28, 2025

Paylaşılıb

oktyabr 29, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Tələbə

Təhsil

Bakalavr

Kateqoriya

Xidmət sahələri