Prime Cotton
Ana səhifə
/
/
/
Mühasib (Mingəçevir)

Mühasib (Mingəçevir)

Bu gün

88

Təsvir

  • Əmtəə maddi qiymətlərin silgisi ilə bağlı əməliyyatların mühasibat uçotunda müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğun əks etdirilməsi;
  • Müəssisənin daxili prosedurlarına uyğun bank ödənişlərin edilməsi;
  • Gündəlik pul vəsaiti hesabatlarının hazırlanması;
  • Bank əməliyyatlarının işlənməsi və bankla yazışmaların aparılması;
  • ƏDV depozit hesabından ödənişlərinin edilməsi;
  • SPM-də gündəlik olaraq ödənişlərin və mədaxilərin işlənilməsi;
  • Xaricə edilmiş ödənişlərin müvafiq qaydalara uyğun bağlanması və bu ödənişlər barədə dövlət təşkilatlarına məlumat verilməsi;
  • Pul vəsaitlərin hərəkətini gündəlik olaraq muhasibat proqramında əks etdirilməsi;
  • Əmtəə maddi qiymətlərə dair alış sənədlərinin uçotçu tərəfindən düzgün işlənməsinin yoxlanması və mühasibat yazılışların işlənməsi;
  • Əmtəə maddi qiymətlərin qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlanması, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edilməsi;
  • Əmtəə maddi qiymətlərin alışı, yerdəyişməsi, geri qaytarılması və komplektləşdirilməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanması və nəzarət edilməsi;
  • Əmtəə maddi qiymətlərin alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim edilməsi;
  • Alınmış əmtəə maddi qiymətlərin faktiki maya dəyərinin hesablanması;
  • Alışlara dair sənədlərin müvafiq qaydalara uyğun saxlanması;
  • Müəssisəyə göstərilmiş xidmətlərin (kommunal, rabitə, daşınma və s.) dair alış sənədlərin, təhvil-təslim aktların və digər sənədlərin yoxlanması, işlənməsi və saxlanması;
  • Təchizatçıların qalıqlarına gündəlik nəzarət və onlarla üzləşmələrin edilməsi;
  • Əmtəə maddi qiymətlərə dair alış sənədlərinin işlənməsi;
  • Əmtəə maddi qiymətlərin hərəkətinə dair (satış xaric) məlumatların mühasibat proqramı bazasında əks etdirilməsi;
  • Əmtəə maddi qiymətlərin hərəkətinə dair sənədlərin müvafiq qaydalara uyğun saxlanması;
  • Yeməkxana xərcləri barədə hesabatın hazırlanması;
  • Satışa dair hesab-fakturaların, proformaların, elektron qaimə-fakturaların və digər sənədlərin (müqavilədən başka) tərtib edilməsi;
  • Satış əməliyyatlarına dair məlumatların mühasibat proqramı bazasında əks etdirilməsi;
  • Satışların müqavilə şərtlərinə uyğun edilməsinin yoxlanması;
  • Satış hesabatlarının gündəlik hazırlanması;
  • Müştərilərin qalıqlarına gündəlik nəzarət və onlarla üzləşmələrin edilməsi, müştərilərin borcları olduğu halda bu barədə məlumatı satış departamentinə verilməsi;
  • İnventarizasiyanın aparılması;
  • Gördüyü işlərə aid sənədlərin saxlanması.

Tələblər

Bilməlidir:

 

  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, digər müvafiq orqanların qərar, sərəncam və əmrləri;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
  • Azərbaycan dili (sərbəst);
  • Microsoft Excel proqramı (sərbəst).


Fərdi Keyfiyyət və bacarıqlar:

 

  • Məsuliyyətli;
  • İşə planlı yanaşma bacarığı;
  • Təmkinli və etibarlı;
  • “Komanda ruhunu” daimi dəstəkləmək;
  • Səliqəli və operativ çalışan.


Vakansiya haqqında

Son tarix

April 13, 2025

Paylaşılıb

mart 15, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə