Prime Cotton
Ana səhifə
/
/
/
Mühasib(Şirvan şəhəri)

Mühasib(Şirvan şəhəri)

11-08-2026

833

Təsvir

  • Mühasibat hesabının istehsal üzrə əməliyyatları (təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Lazımi sənədlər əsasında (anbar mədaxil qaiməsi) xammalın mədaxili, təqdim olunmuş istehsal planına uyğun olaraq (anbar məxaric qaiməsi) xammalın yerdəyişməsi və qalıq xammalın geri-anbara qaytarılmasını icra edir;
  • Məhsulun istehsalı prosesində planlaşdırılmış istehsal normalarından kənarlaşmaların səbəbini aşkar etmək və bu əməliyyatlara gündəlik nəzarət edir;
  • İstehsal sahəsinin hesabatı əsasında hazır məhsulun anbara (hazır məhsulun mədaxili qaiməsi) mədaxil olunması;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları;
  • AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
  • Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibini bilmək, hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabatı sistemində əks olunma qaydalarını bilmək;

     

Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə