Prime Cotton
Ana səhifə
/
/
/
Müqavilələr üzrə aparıcı hüquqşünas

Müqavilələr üzrə aparıcı hüquqşünas

03-10-2025

243

Təsvir


  • Müxtəlif növ müqavilələrin, müqavilələrə əlavələrin və dəyişikliklərin hazırlanmasını təmin etmək, onların hüquqi ekspertizasını aparmaq, vizalanmasını və müvafiq reyestrdə qeydiyyatını həyata keçirmək
  • Qeyri-rezidentlərlə idxal və ixrac müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, müvafiq qanunvericiliyə və beynəlxalq tələblərə uyğunluğunu yoxlamaq
  • Müqavilələrin bağlanması prosesində aktiv iştirak etmək, bunun üçün tələb olunan sənədlərin toplanmasını, hazırlanmasını və vaxtında təqdim olunmasını təşkil etmək
  • Müqavilə tərəfləri ilə münasibətlərin hüquqi çərçivədə aparılmasını təmin etmək, zəruri hallarda hüquqi məsləhət və dəstək göstərmək
  • Müqavilə tərəfləri arasında mübahisələr yarandıqda danışıqlarda iştirak etmək, pretenziya məktubları, reklamasiya aktları və digər hüquqi sənədlərin hazırlanmasını təmin etmək
  • Müqavilə öhdəliklərinin icrasına nəzarət etmək, müqavilələrin müddətinə, şərtlərinə və tərəflərin hüquq və vəzifələrinə riayət olunmasını izləmək
  • Müqavilələrlə bağlı hüquqi risklərin müəyyənləşdirilməsi, onların azaldılması üçün tövsiyələrin hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Müvafiq qanunvericilikdə baş verən dəyişiklikləri izləmək, müqavilə şərtlərinin aktuallığını təmin etmək və zəruri hallarda yenilənməsini təşkil etmək

Tələblər

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • Korporativ hüquq sahəsində ən azı 3–4 il iş təcrübəsi, xüsusilə son 3 il ərzində müqavilələrin rəsmiləşdirilməsi sahəsində təcrübə
  • Mülki, vergi və gömrük qanunvericiliyini, həmçinin “Incoterms” və digər beynəlxalq xüsusi/ümumi hüquq normalarını dərindən bilmək
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək
  • Kompüter bacarıqları: MS Office proqramları üzrə mükəmməl biliklər (1C proqramında işləmək bacarığı üstünlük hesab olunur)

Vakansiya haqqında

Son tarix

November 12, 2025

Paylaşılıb

oktyabr 3, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq