Növbə rəisinin və İstehsalat rəisinin göstərişi əsasında Harman-Hallac, Daraq, Cer, Fitil, Ring və Bobin sahəsinin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;
Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyyat hissələrinin hazır olmasını təmin etmək;
Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;
Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;
Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
İsitmə/soyutma sisteminin rütubət, hərarət, sovurma kanallarını təmizləmək, filterlərini vaxtında dəyişdirmək;
Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlankı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək;
Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə edərək vəzifə öhdəliklərini yerinə yetirmək və bunun üçün daim öz üzərində işləmək.
Tələblər
Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır);
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
Orta təhsil;
Şifahi və yazılı ünsiyyət bacarıqları;
Komandada işləmə bacarığı;
Diqqətlilik;
Məsuliyyətlilik.
Əlavə məlumat:
Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;