Prime Cotton
Ana səhifə
/
/
/
Nümunə götürən (Regional — pambıq emalı zavodları üzrə)

Nümunə götürən (Regional — pambıq emalı zavodları üzrə)

  • Prime Cotton
  • Qafqaz Business Center, AZ1029, 95 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
  • Tam ştat

Bu gün

109

Təsvir

  • Pambıq mahlıcından və digər müvafiq partiyalardan təsdiq olunmuş metodikaya əsasən nümunələrin götürülməsi;
  • Götürülmüş nümunələrin düzgün şəkildə etiketlənməsi, qeydiyyat cədvəllərinə əlavə olunması və laboratoriyaya təqdimata hazır vəziyyətdə saxlanılması;
  • Nümunələrin zədələnmədən, qarışmadan və vaxtında laboratoriyaya çatdırılmasının təmin olunması;
  • Nümunə götürülməsi zamanı istifadə olunan bütün alət, qab və vasitələrin təmizliyinə, texniki sazlığına və təhlükəsizliyinə nəzarət;
  • Gündəlik hesabatların, nümunə qeydiyyat jurnallarının və müşayiətedici sənədlərin tam və düzgün şəkildə aparılması;
  • Laboratoriya və keyfiyyətə nəzarət komandası ilə mütəmadi əlaqə və operativ məlumat mübadiləsi;
  • İş zamanı əmək, texniki təhlükəsizlik və gigiyena qaydalarına ciddi əməl edilməsi;
  • Nümunə götürmə prosesində yaranan hər hansı uyğunsuzluqlar və texniki problemlər barədə dərhal məsul şəxsə məlumat verilməsi;
  • Şirkətin regionlar üzrə yerləşən pambıq emalı məntəqələrinə ezamiyyətli şəkildə səfərlərin həyata keçirilməsi, orada nümunə götürmə işlərinin aparılması və yerində keyfiyyət nəzarətinin dəstəklənməsi;
  • Zərurət yarandıqda mövsümi və ya fasiləsiz əsasda regionda işləməyə hazırlıq.

Tələblər

  • Orta və ya orta texniki təhsil (laboratoriya, aqrar və ya texnoloji sahə üzrə təhsil üstünlük hesab olunur);
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır, lakin tələb olunmur – yeni işçilər üçün ilkin təlimlər təşkil olunur;
  • Texniki təlimatlara və nümunə götürmə prosedurlarına dəqiqliklə riayət etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli, operativ və fiziki baxımdan sağlam olmaq;
  • Çöl şəraitində və regionlarda işləməyə tam uyğunluq;
  • Ezamiyyətlərə açıq olmaq və şirkətin müxtəlif emal məntəqələrində mütəmadi işləməyə hazır olmaq;
  • Komanda ilə işləmək bacarığı, keyfiyyət və təhlükəsizlik standartlarına yüksək sadiqlik;
  • Şəxsi avtomobilin olması zəruridir (şirkət tərəfindən yanacaq kartı ilə təmin olunur);
  • Əmək intizamına, təhlükəsizlik və gigiyena qaydalarına əməl etmə vərdişi.

Vakansiya haqqında

Son tarix

November 5, 2025

Paylaşılıb

oktyabr 6, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı