Pambıq mahlıcından və digər müvafiq partiyalardan təsdiq olunmuş metodikaya əsasən nümunələrin götürülməsi;
Götürülmüş nümunələrin düzgün şəkildə etiketlənməsi, qeydiyyat cədvəllərinə əlavə olunması və laboratoriyaya təqdimata hazır vəziyyətdə saxlanılması;
Nümunələrin zədələnmədən, qarışmadan və vaxtında laboratoriyaya çatdırılmasının təmin olunması;
Nümunə götürülməsi zamanı istifadə olunan bütün alət, qab və vasitələrin təmizliyinə, texniki sazlığına və təhlükəsizliyinə nəzarət;
Gündəlik hesabatların, nümunə qeydiyyat jurnallarının və müşayiətedici sənədlərin tam və düzgün şəkildə aparılması;
Laboratoriya və keyfiyyətə nəzarət komandası ilə mütəmadi əlaqə və operativ məlumat mübadiləsi;
İş zamanı əmək, texniki təhlükəsizlik və gigiyena qaydalarına ciddi əməl edilməsi;
Nümunə götürmə prosesində yaranan hər hansı uyğunsuzluqlar və texniki problemlər barədə dərhal məsul şəxsə məlumat verilməsi;
Şirkətin regionlar üzrə yerləşən pambıq emalı məntəqələrinə ezamiyyətli şəkildə səfərlərin həyata keçirilməsi, orada nümunə götürmə işlərinin aparılması və yerində keyfiyyət nəzarətinin dəstəklənməsi;
Zərurət yarandıqda mövsümi və ya fasiləsiz əsasda regionda işləməyə hazırlıq.
Tələblər
Orta və ya orta texniki təhsil (laboratoriya, aqrar və ya texnoloji sahə üzrə təhsil üstünlük hesab olunur);
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır, lakin tələb olunmur – yeni işçilər üçün ilkin təlimlər təşkil olunur;
Texniki təlimatlara və nümunə götürmə prosedurlarına dəqiqliklə riayət etmə bacarığı;
Məsuliyyətli, diqqətli, operativ və fiziki baxımdan sağlam olmaq;
Çöl şəraitində və regionlarda işləməyə tam uyğunluq;
Ezamiyyətlərə açıq olmaq və şirkətin müxtəlif emal məntəqələrində mütəmadi işləməyə hazır olmaq;
Komanda ilə işləmək bacarığı, keyfiyyət və təhlükəsizlik standartlarına yüksək sadiqlik;
Şəxsi avtomobilin olması zəruridir (şirkət tərəfindən yanacaq kartı ilə təmin olunur);
Əmək intizamına, təhlükəsizlik və gigiyena qaydalarına əməl etmə vərdişi.