Prime Cotton
Ana səhifə
/
/
/
Paketləyici operator (Yevlax)

Paketləyici operator (Yevlax)

Dünən

45

Təsvir


  • Qablaşdırılmış məhsulların təhlükəsiz düzgün yığılmasını və saxlanmasını məlumatı vermək;
  • İşə başlamazdan əvvəl avadanlığın texniki vəziyyətini yoxlamaq və sazlığını təmin etmək;
  • Avadanlığın düzgün işə salınması və söndürülməsi qaydalarına riayət etmək;
  • Avadanlıgın günlük,həftəlik,aylıq və illik baxım və təmir prosesını riayət etmək;
  • Avadanlıqda paketləmə streç vallarının doldurulmasını tam olaraq sistemdən söndürülmüş vəziyyətdə təmin etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Fərdi mühafizə vasitələrindən (maskadan, əlcəklərdən, qoruyucu eynəkdən, qulaqcıqdan, çəkmə və xüsusi geyimdən) istifadə etmək;
  • Kimyəvi maddələrlə və tozlu mühitdə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə əməl etmək;
  • Avadanlıqların təhlükəsizlik örtüklərini çıxarmamaq və müdaxilə etməmək;
  • İş sahəsini təmiz və nizamlı saxlamaq, tullantıları düzgün çeşidləmək;
  • Təhlükəli vəziyyətləri və qəzaları dərhal rəhbərliyə bildirmək;
  • SƏTƏM (səhiyyə, əməyin təhlükəsizliyi və ətraf mühit) üzrə təlimlərdə iştirak etmək və bilikləri praktikada tətbiq etmək.

Tələblər

  • Təhsil: Orta ixtisas və ya tam orta təhsil (texniki sahə üzrə olması üstünlükdür);
  • Təcrübə: Orkel və ya oxşar avtomatlaşdırılmış yükləyici və qablaşdırma avadanlıqlarında iş təcrübəsi arzuolunandır;
  • Texnoloji proseslər, avadanlıqların iş prinsipləri və texniki təhlükəsizlik qaydaları haqqında biliklər;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM qaydalarına dair biliklərə malik olmaq;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
  • Fiziki dözümlülük və tozlu mühitdə işləmək qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komandada işləmə və rəhbərliyin göstərişlərini vaxtında icra etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

November 5, 2026

Paylaşılıb

oktyabr 5, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı