Prime Cotton
Ana səhifə
/
/
/
Qaynaqçı (Ağcabədi)

Qaynaqçı (Ağcabədi)

  • Prime Cotton
  • Ağcabədi şəhər, Ü.Hacıbəyli p-ti 257
  • Tam ştat

Bu gün

67

Təsvir

  • İşə başlamadan öndə qaynaq aparatlarının ,aqreqatlaerının sazlığını və qaynaq məftillərinin izolyasiya olunmasını yoxlmaq;
  • Kənd təsərrüfatı texnikalarının müxtəlif detal,qoşqu,avadanlıqlarının və digər metal konstruksiyaların qaynaq işlərini icra etmək;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • Elektrik və qaz qaynağı aparatlarını işə hazır vəziyyətə gətirmək;
  • Elektrik və qaz qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək;
  • Əlavə iş vaxtında və ehtiyac olduqda növbəli iş rejimində işləmək;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;
  • Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;
  • Qaynaq üçün istifadə ediləcək materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;

Tələblər

  • Təhsil : Orta
  • Elektrik qaynaq avtomat və yarım avtomatların, qaz qaynağı və kəsən aparatların quruluşunu və iş prinsipini bilməli;
  • Qaynaq koduna uyğun olaraq keyfiyyətli qaynaq etməyi bacarmalı;
  • Qaynaq zamanı əməyin mühafizəsi qaydalarını bilməli;
  • Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini bilməli;
  • Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını bilməli;
  • Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü bilməli;
  • Ən az 1 illik qaynaqçı təcrübəsi olmalı;
  • Sürət, gərginlik və amper tənzimləmək üçün qaynaq prosesini müşahidə etmək və problemləri müəyyənləşdirə bilmək bacarığı olmalı;
  • Əlavə iş vaxtında və ehtiyac olduqda növbəli iş rejimində işləmək imkanı olmalı;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmalı;
  • Komanda ilə işləyə bilməlidir.

Vakansiya haqqında

Son tarix

December 8, 2026

Paylaşılıb

noyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı