Prime Cotton
Ana səhifə
/
/
/
Risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis

Risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis

  • Prime Cotton
  • 95 Heydər Əliyev prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

34

Təsvir

  • Yarana biləcək potensial risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metod və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi və qərarların qəbulunda iştirak etmək;
  • Risklərin idarə edilməsi ilə bağlı siyasət sənədləri, prosedur və metodologiyaların hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risklərin qiymətləndirilməsi və nəticələr əsasında risk reyestrinin hazırlanması prosesində iştirak etmək;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsində iştirak etmək;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Risklərin idarə edilməsi prosesində lazımi hesabatları tərtib etmək;
  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət olunmasının monitorinqini həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
  • Daxili audit, risklərin idarə edilməsi və daxili nəzarət sahəsində 1 il iş təcrübəsi;
  • Sahə üzrə arzu olunan sertifikatlar (FRM, PRM, CFA və s.);
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq, o cümlədən fəal dinləmə, tapıntıların və təkliflərin təqdim edilməsi bacarığı;
  • Rus və ingilis dilləri arzu olunandır;
  • Microsoft Office və digər müvafiq proqramlar üzrə bacarıqlar;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş nəzəri və praktiki biliklər;
  • Komanda yoldaşları və digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
  • Ölkədaxili ezamiyyət etmək imkanı.

Vakansiya haqqında

Son tarix

January 11, 2026

Paylaşılıb

dekabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə