Prime Cotton
Ana səhifə
/
/
/
Sahələrin səthinin ölçülməsi və nizamlanması üzrə aparıcı mütəxəssis

Sahələrin səthinin ölçülməsi və nizamlanması üzrə aparıcı mütəxəssis

Bu gün

57

Təsvir

  • Sahələrin ölçülməsi və dizayn proseslərinə başlanğıcdan sona qədər rəhbərlik etmək və bu işlərin effektiv idarə olunmasını təmin etmək;
  • Layihə mühəndisi ilə birlikdə layihə planlarının hazırlanması, vaxt qrafikləri və xərclərin izlənməsi, müəyyən olunmuş parametrlərə riayət edilməsini təmin etmək;
  • Topoqrafik və tədqiqat məlumatlarının layihə dizaynlarına inteqrasiyasına nəzarət etmək və dəqiqliyi təmin etmək;
  • Torpaq hamarlanması və səth nizamlanması layihələri üçün məlumatların toplanması, təhlili və şərhinə rəhbərlik etmək;
  • Şirkət və fermer tələblərinə, eləcə də ekoloji və sənaye standartlarına uyğun torpaq nizamlanması layihələrinin icrasını təmin etmək;
  • GPS, GIS, Glonass, Trimble Field Level II və OptiSurface kimi müasir tədqiqat və dizayn texnologiyalarından istifadə edərək detallı xəritə və modellər hazırlamaq;
  • Komandanın fəaliyyətinə rəhbərlik etmək, mentorluq və peşəkar inkişafı təşviq etmək, innovativ iş mühitinin formalaşmasına töhfə vermək;
  • Komanda performansını təhlil etmək, məqsədləri müəyyənləşdirmək və davamlı rəy vermək;
  • Dizayn nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini tətbiq etmək;
  • Ölçmə və dizayn texnologiyalarındakı yenilikləri izləmək və tətbiqə inteqrasiya etmək;
  • Şirkət və fermerlər arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək, layihə gedişatı ilə bağlı məlumat vermək və dəyişiklikləri koordinasiya etmək;
  • Xəritələr, avadanlıqlar, yanacaq sərfi, iş saatları və digər göstəricilərə dair ətraflı hesabatlar hazırlamaq və təqdim etmək, məlumatların məxfiliyinə nəzarət etmək;
  • Komanda üzvlərinin iş saatları ilə bağlı HR şöbəsinə aylıq məlumatların təqdim edilməsini təmin etmək;
  • Bütün sahə işlərinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarına uyğun aparılmasına nəzarət etmək;
  • Komanda üçün təhlükəsizlik protokollarını və təlimlərini hazırlamaq və icrasına nəzarət etmək;
  • FMX proqram təminatı ilə işləyən sürücülərin maarifləndirilməsini təşkil etmək və düzgün əməliyyat qaydalarına nəzarət etmək.

Tələblər

Təhsil:

  • Ali təhsil (mühəndislik, aqrar elmlər, topoqrafiya və ya əlaqəli sahələr üzrə).


İş təcrübəsi:

  • Sahələrin ölçülməsi, dizaynı və torpaq nizamlanması ilə bağlı azı 2 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı və torpaq planlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlükdür.


Bilik və bacarıqlar:

  • Sahə ölçülərinin müəyyən edilməsi, koordinatların təyin edilməsi və GPS texnologiyaları ilə işləmək bacarığı;
  • Hərəkətdə olan texnikalar və aqreqatların texniki istismar qaydaları barədə biliklər;
  • Yol hərəkəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydaları üzrə məlumatlılıq;
  • Trimble Field Level II, OptiSurface, GIS və AutoCAD proqramlarında işləmək bacarığı üstünlükdür.


Fərdi keyfiyyətlər:

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik, analitik düşüncə və qərarvermə qabiliyyəti;
  • Komandada işləmək və liderlik etmək bacarığı;
  • Dəqiqlik, diqqətlilik və problemhəll etmə yönümlü yanaşma;
  • Ezamiyyətlərə getmək imkanı;
  • Məlumatların məxfiliyini qoruma bacarığı.


Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili – sərbəst.


Kompüter bilikləri:

  • MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Ölçmə və dizayn proqram təminatları üzrə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

November 26, 2025

Paylaşılıb

oktyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı