İş şəraitinin yaxşılaşdırılması üzrə kompleks planların hazırlanmasını təşkil etmək;
Sağlam və təhlükəsiz iş mühitinin yaradılması tədbirlərinə nəzarət etmək;
Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların icrasına nəzarət etmək;
Səs-küy, titrəmə, toz, çirklənmə, işıqlanma, temperatur, nəmişlik və digər istehsalat faktorlarının ölçülməsini qrafikə uyğun aparılmasını təmin etmək;
Aspirasiya və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
İş yerlərində əməyin mühafizəsi üzrə təlimatların vaxtında və keyfiyyətli keçirilməsini təmin etmək;
İşçilərin əməyin mühafizəsi dərslərinin təşkili, biliklərinin yoxlanılması və attestasiyasını həyata keçirmək;
İnsidentləri araşdırmaq və hesabat tərtib etmək;
Potensial təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək və onların səmərəliliyini qiymətləndirmək;
Risklərin qiymətləndirilməsi və idarə olunması;
Müəssisə prosedurlarını, təlimatlarını və texniki sənədləri oxuyub şərh etmək;
Problemlərin həlli və metodologiyaların müqayisəli təhlilini aparmaq bacarığına malik olmaq.
Nə təklif edirik:
Daxili qaydalara uyğun tibbi sığorta;
Korporativ nömrə;
Push30 endirim paketi;
Tələblər
SƏTƏM mühəndisi üçün əsas tələblər:
ISO 9001, ISO 45001:2018 və ISO 14001 standartlarına uyğun SƏTƏM biliklərinə malik olmaq, audit zamanı sənədlərlə işləmə bacarığı;
İstehsalat, tikinti və quraşdırma işlərində risklərin qiymətləndirilməsi, təhlükəsizlik tələblərinə nəzarət və iş metodlarının təkmilləşdirilməsi;
Avadanlıq, bina və qurğuların texniki vəziyyətinə nəzarət;
Qəza və zədələnmə səbəblərinin analizi və qarşısının alınması tədbirlərinin hazırlanması;
Nəticələrə nəzarət və iş keyfiyyətinin qiymətləndirilməsi;
Təhsil və təcrübə:
Ali texniki təhsil;
SƏTƏM üzrə ISO standartlarına uyğun fəaliyyət göstərən şirkətdə minimum 3 il fasiləsiz iş təcrübəsi (beynəlxalq şirkət təcrübəsi üstünlükdür);
Azərbaycan dilində əla, texniki səviyyədə ingilis dili biliyi üstünlükdür;
Müvafiq sertifikatlar (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi və s.);
Microsoft Office bilikləri;
Əlavə biliklər:
Ətraf mühitin, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə metodiki materiallar;
Yerli və beynəlxalq qabaqcıl təcrübə;
Potensial təhlükələrin qarşısının alınması, istehsalat sanitariyası, elektrik və qaz təhlükəsizliyi, fövqəladə hallar, yanğın təhlükəsizliyi;
Torpaq, su və hava çirklənməsinin qarşısının alınması tədbirləri;
Stressin idarə olunması, hesabat tərtibi, ilkin tibbi yardım;
Səliqəli, diqqətli, müstəqil və komandada işləmə bacarığı;