Prime Cotton
Ana səhifə
/
/
/
SƏTƏM üzrə mühəndis

SƏTƏM üzrə mühəndis

11-08-2025

69

Təsvir

  • İş şəraitinin yaxşılaşdırılması üzrə kompleks planların hazırlanmasını təşkil etmək;
  • Sağlam və təhlükəsiz iş mühitinin yaradılması tədbirlərinə nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların icrasına nəzarət etmək;
  • Səs-küy, titrəmə, toz, çirklənmə, işıqlanma, temperatur, nəmişlik və digər istehsalat faktorlarının ölçülməsini qrafikə uyğun aparılmasını təmin etmək;
  • Aspirasiya və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
  • İş yerlərində əməyin mühafizəsi üzrə təlimatların vaxtında və keyfiyyətli keçirilməsini təmin etmək;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkili, biliklərinin yoxlanılması və attestasiyasını həyata keçirmək;
  • İnsidentləri araşdırmaq və hesabat tərtib etmək;
  • Potensial təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək və onların səmərəliliyini qiymətləndirmək;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması;
  • Müəssisə prosedurlarını, təlimatlarını və texniki sənədləri oxuyub şərh etmək;
  • Problemlərin həlli və metodologiyaların müqayisəli təhlilini aparmaq bacarığına malik olmaq.

Nə təklif edirik:

  • Daxili qaydalara uyğun tibbi sığorta;
  • Korporativ nömrə;
  • Push30 endirim paketi;


Tələblər

SƏTƏM mühəndisi üçün əsas tələblər:

  • ISO 9001, ISO 45001:2018 və ISO 14001 standartlarına uyğun SƏTƏM biliklərinə malik olmaq, audit zamanı sənədlərlə işləmə bacarığı;
  • İstehsalat, tikinti və quraşdırma işlərində risklərin qiymətləndirilməsi, təhlükəsizlik tələblərinə nəzarət və iş metodlarının təkmilləşdirilməsi;
  • Avadanlıq, bina və qurğuların texniki vəziyyətinə nəzarət;
  • Qəza və zədələnmə səbəblərinin analizi və qarşısının alınması tədbirlərinin hazırlanması;
  • Nəticələrə nəzarət və iş keyfiyyətinin qiymətləndirilməsi;

Təhsil və təcrübə:

  • Ali texniki təhsil;
  • SƏTƏM üzrə ISO standartlarına uyğun fəaliyyət göstərən şirkətdə minimum 3 il fasiləsiz iş təcrübəsi (beynəlxalq şirkət təcrübəsi üstünlükdür);
  • Azərbaycan dilində əla, texniki səviyyədə ingilis dili biliyi üstünlükdür;
  • Müvafiq sertifikatlar (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi və s.);
  • Microsoft Office bilikləri;

Əlavə biliklər:

  • Ətraf mühitin, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə metodiki materiallar;
  • Yerli və beynəlxalq qabaqcıl təcrübə;
  • Potensial təhlükələrin qarşısının alınması, istehsalat sanitariyası, elektrik və qaz təhlükəsizliyi, fövqəladə hallar, yanğın təhlükəsizliyi;
  • Torpaq, su və hava çirklənməsinin qarşısının alınması tədbirləri;
  • Stressin idarə olunması, hesabat tərtibi, ilkin tibbi yardım;
  • Səliqəli, diqqətli, müstəqil və komandada işləmə bacarığı;


Vakansiya haqqında

Son tarix

September 20, 2025

Paylaşılıb

avqust 11, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq